Bakının mərkəzində hərəkət məhdudlaşdırılır
Bizi izləyin

Qırmızı.az

Bakının mərkəzində hərəkət məhdudlaşdırılır

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə daxil olan məlumata görə, "Azəryolservis" ASC-dən NİİM-ə verilən xəbərə əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Səbayıl rayonu Neftçilər prospekti və Azneft dairəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq. Məhdudlaşdırma yolun 2 zolağı üzrə aparılacaq.



Qeyd edək ki, işlər aprelin 8-də həyata keçirilməli idi. Lakin dünən axşam yağan yağışla əlaqədar olaraq, rənglənmə işlərini tamamlamaq mümkün olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm