FHN 79 yaşlı kişini xilas etdi
Bizi izləyin

Qırmızı.az

FHN 79 yaşlı kişini xilas etdi

Yasamal rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 1935-ci il təvəllüdlü kişi mənzildə köməksiz vəziyyətdə qalıb.

Publika.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıb. Bununla da, xilasedicilər tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib. Əməliyyat saat 09:07-də başa çatıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm