Britaniya şirkətinin Azərbaycandakı filialının fəaliyyətini dayandırıldı
Bizi izləyin

Qırmızı.az

Britaniya şirkətinin Azərbaycandakı filialının fəaliyyətini dayandırıldı

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində Britaniyada hüquqi şəxs kimi qeydiyyatdan keçmiş "İnnovative İnternational Group Ltd" holdinq qrupuna daxil olan "Life Division" MMC-nin Azərbaycan

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində Britaniyada hüquqi şəxs kimi qeydiyyatdan keçmiş "İnnovative İnternational Group Ltd" holdinq qrupuna daxil olan "Life Division" MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən müvafiq lisenziya alınmadan aktivlərin idarə edilməsi fəaliyyəti üzrə xidmətlərin təklif edilməsi müəyyən olunub və həmin fəaliyyətin dayandırılması barədə göstəriş verilib.

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan Publika.az-a verilən məlumata görə, MMC 8 aprel 2014-cü il tarixindən etibarən həmin fəaliyyətin dayandırıldığını bildirib.

QKDK "İnnovative İnternational Group Ltd" və ya "Life Division" MMC-nin müştərisi olan investorları bu şirkətlərlə münasibətlərdə, onların Azərbaycan Respublikası ərazisindəki fəaliyyətinin qanunsuz olduğunu nəzərə almağa çağırır.

QKDK aktivlərin idarə edilməsi fəaliyyətinin lisenziyalaşdırılan fəaliyyət növü olduğunu bildirir və vətəndaşları bu fəaliyyətin reklamları zamanı diqqətli olmağa dəvət edir.

Qiymətli kağızlar bazarında lisenziya əsasında fəaliyyət göstərən təşkilatların siyahısı ilə QKDK-nın rəsmi internet səhifəsində tanış olmaq mümkündür: http: //scs.gov.az/new/?sec=mdata&mid=61&sid=81,79,116&lang=1

Oxumağa davam et
Reklam
Reklam

Gündəm