Mingəçevirdə içərisində 250 cücə olan avtomobil yanıb
Bizi izləyin

Qırmızı.az

Mingəçevirdə içərisində 250 cücə olan avtomobil yanıb

Mingəçevir şəhərində içərisində cücələr olan avtomobil yanıb.

Mingəçevir şəhərində içərisində cücələr olan avtomobil yanıb.

Hadisə Mingəçevir şəhəri Aydın Məmmədov küçəsində baş verib. Belə ki, Anar Mirzə oğlu Əzizova məxsus “VAZ 2107” markalı avtomaşının salon hissəsindən başlayan yanğın tezliklə artaraq maşını bürüyüb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb. Buna baxmayaraq, “VAZ 2107”-nin salon hissəsi yanıb.

Məlum olub ki, salonda karton qutularda saxlanılan 250 ədəd cücə də tələf olub.

Avtomobilin yanmasının səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. /EL TV/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm