6 AVQUST
Bizi izləyin

Qırmızı.az

6 AVQUST

Publika.az 6 avqust tarixində baş verən yaddaqalan hadisələri təqdim edir:

1723-ci il. Çar I Pyotr Rusiya imperiyasının Xəzər dənizini və Azərbaycanı ələ keçirməsi ilə bağlı planları reallaşdırmağa başlayıb. Rusiya ekspedisiyasının Xəzər yürüşü zamanı Azərbaycanın sahil əraziləri, o cümlədən Bakı işğal olunub. Lakin Rusiya qoşunları az sayda olduğundan burada çox duruş gətirə bilməyərək geri qayıtdıblar. Məhz bu yürüşdən sonra çar I Poytr Azərbaycan torpaqlarının (bütövlükdə isə Cənubi Qafqazın) ələ keçirilməsi ilə bağlı məşhur "Vəsiyyətnamə"sini elan edib.

1832-ci il. Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın doğum günü (1832-1897). Xurşidbanu Natəvan sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı, İbrahimxəlil xanın nəvəsidir. Xalq arasında onu “Xan qızı” deyə çağırıblar. Natəvan istedadlı şairə olmaqla yanaşı, xeyriyyəçiliyi ilə də tanınıb, imkansızlara əl tutub, Şuşaya su kəməri çəkdirib.

1945-ci il. Yaponiyanın iki şəhəri (Xirosima və Naqasaki) Amerika hərbi hava donanması tərəfindən atılan atom bombasına məruz qalıb. Birinci bomba avqustun 6-da Yaponiyanın Xirosima şəhərinə atılıb. Şəhərin 60 faizi partlayış nəticəsində tamamilə məhv edilib, 200 mindən çox insan həlak olub. Faciəli partlayışdan sonra Yaponiya qeyri-şərtsiz Amerikaya təslim olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm