
Aktyor İlqar Cahangir Nəqliyyat Departamenti əməkdaşlarının təhqirinə məruz qalmasını əks etdirən video-görüntülər yayılıb.
Qohumunu yola salmaq üçün Bakı Beynəlxalq Avtovağzalına gələn və orada Nəqliyyat Departamenti əməkdaşlarının təzyiqi ilə üzləşən sürücüyə qarşı baş verənləri telefonun yaddaşına çəkərkən İlqar Cahangirin təhqir edildiyi barədə məlumatın ardınca, "Azadlıq" radiosu görüntüləri yayımlayıb. Xəbər verdiyimiz kimi, Oda Teatrı hadisə ilə bağlı artıq Prezident İlham Əliyevə də müraciət edib.
Aktyor İlqar Cahangirin haqqında danışdığı görüntünü də özündə əks etdirən süjeti təqdim edirik: