Salyanda vəhabilərə hücum - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Salyanda vəhabilərə hücum - AÇIQLAMA

Dünən Salyanda yerli əhalinin bir qrupu vəhabi məscidinə hücum edərək oranı dağıdıb.

Qəzəblənmiş dəstə, eyni zamanda icmanın əsas simalarından olan iş adamının dükanını da dağıdıblar. Dükanın adı “Haris” olub. Salyanın şiə əhalisi hesab edir ki, vəhabi iş adamı İmamın övladlarının qətlə yetirilməsində adı hallanan bir adamın adını dükana verməklə həmin iş adamı şiələrin heysiyyatı ilə oynayıb.

Sayt yazır ki, hadisə ilə bağlı bu gün Salyanda araşdırma aparılır.

Hadisədə fəallıq göstərməkdə şübhəli bilinən şəxslər Polis İdarəsinə çağırılır. Şəhərin Mirqulam adlı axundu hazırda polis İdarəsində dindirilir. Dünənki hadisələrdə vəhhabi təriqətindən olan Mansur adlı şəxs ölümcül döyülüb. Ağır xəsarət alan daha bir şəxs isə vəhabi təriqətindən olan Rafael adlı şəxsin oğludur. Salyanda vəhabi camaatının imamı Möhsün adlı şəxsdir.

Salyanda fəaliyyət göstərən “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emil Məmmədov Teleqraf.com-a açıqlamasında bildirib ki, Salyanda vəhabilərlə yerli sakinlər arasında mübahisə olub: "Şiələr "Haris" mağazasının adının həkk olunduğu lövhəni sındırıblar. Hadisə ilə bağlı bir nəfər həbs olunub".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm