Tanrı gözünün nurunu aldı, gəlini isə... - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Tanrı gözünün nurunu aldı, gəlini isə... - FOTOLAR

Bakıda gözünün nurunu itirən qoca kişinin hər gün qüruru ayaqlar altına atılır. Gözləri görməyən qoca bir kişi "Azərsu"nun binasının qarşısında dilənir.

Oxucular yazırlar ki, üzündən saflıq yağan və xoş aurası olan bu kişiyə böyük əksəriyyət pul verir. Yaxınlıqda gəzişən qaraçıya bənzəyən qadın tərəfindən hər səhər zülümlə oyadılıb oraya, əlil arabasına qoyulur, zorla diləndirilir.

"Artıq 3 ildən çoxdur, onu müşahidə edirəm, dəfələrlə yaxınlaşıb qocalar evinə yerləşdirilməsi üçün ona kömək oluna biləcəyini bildirmişəm. Həmin qadının gəlini olduğunu dedi və ondan razı olduğunu bildirdi hər dəfə. Qış aylarında gördüyüm mənzərəni isə heç unutmuram. Bir oğlan həmin gəlini dediyi qadınla danışa-danışa kişiyə qar topası atır, kişi diksinir, onlar da lağ edib gülürdülər.

Daha yazıq görkəmdə görünməsi üçün bəzən "gəlin"i ona arabanı belə vermir, ağaca söykənərək dilənməsini istəyirdi. İnsanlar ona çox mərhəmətli olduğundan kifayət qədər pul verirlər, tez-tez qadın onun ciblərini boşaldır", - deyə oxucu yazıb. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm