Qənirə Paşayeva Qırğızıstan parlamentinin vitse-spikeri ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Qırğızıstan parlamentinin vitse-spikeri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində Qırğızıstan parlamentinin vitse-spikeri Asiya Sasykbaeva və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qırğızıstanla bağlı AŞPA-da keçirilən müzakirələrə toxunan millət vəkili Qənirə Paşayeva onları qurumun “Demokratiya üzrə tərəfdaş”statusunun verilməsi münasibəti ilə təbrik edib. Azərbaycanın Qırğızıstanın bu status almasında əlindən gələn dəstəyı göstərdiyini vurğulayan millət vəkili çox önəmli olan bu əməkdaşlığın uğurlu inkişafını diləyib. Qənirə Paşayeva Azərbaycanın hər zaman dost, qardaş Qırğızıstanın inkişafında maraqlı olduğunu, ölkəmizin bütün istiqamətlərdə Qırğızıstanla əməkdaşlığın inkişafına önəm verdiyini söyləyib. Qırğızıstan-Azərbaycan əlaqələri, hər iki qardaş-dost ölkənin parlamentləri və beynəlxalq təşkilatlarda parlament nümayəndə heyətləri arasında qarşılıqlı əməkdaşlıq münasibətlərindən danışan Qənirə Paşayeva bu əlaqələrin və əməkdaşlığın daha da genişlənməsini vacib sayıb.

Qırğızıstan parlamentinin vitse-spikeri Asiya Sasykbaeva Azərbaycan ilə Qırğızıstan arasında həm ikitərəfli, həm də parlament səviyyəsində əlaqələrin daha da genişləndirilməsi istiqamətində səyləri bundan sonra da davam etdirəcəklərini bildiriblər. O, Azərbaycana, qurumdakı Azərbaycan nümayəndə heyətinə ölkəsinin AŞPA-da “Demokratiya üzrə tərəfdaş” statusunun alınması üçün verdiyi dəstək, Assambleyada Azərbaycan heyətinin dəstək çıxışları üçün təşəkkür edərək bütün beynəlxalq təşkilatlar çərçivəsində parlament heyətləri arasında əməkdaşlığın daha da genişlənməsinin önəminə toxunub və bu istiqamətdə səylərini daha da artıracaqlarını bildirib. Asiya Sasykbaeva millət vəkili Qənirə Paşayevanı Qırğızıstana dəvət edib. Millət vəkili Qənirə Paşayeva dəvəti məmnuniyyətlə qəbul edərək qardaş Qırğızıstana gəlməkdə, həmkarlarımızla görüşüb müzakirələr aparmaqdan böyük məmnuniyyət duyacağını bildirib.

Qənirə Paşayeva da öz növbəsində Qırğızıstan parlamentinin vitse-spikeri və onun rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizə dəvət edib və onlar da bu dəvəti böyük məmuniyyətlə qəbul edərək qardaş Azərbaycana gəlməkdən böyük məmuniyyət duyacaqlarını deyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm