“Tağı Əhmədov heç yerə qaçmayıb” – həyat yoldaşı
Bizi izləyin

Qırmızı.az

“Tağı Əhmədov heç yerə qaçmayıb” – həyat yoldaşı

“Tağı Əhmədov heç yerə qaçmayıb” – həyat yoldaşı

“İnşallah Tağı Əhmədov yaxın günlərdə yeni işə qayıdacaq”. Bunu Publika.Az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədli bildirib.

Onun sözlərinə görə, hazırda Tağı Əhmədov Azərbaycandadır. S.Əhmədli deyib: “Tağı Əhmədov heç yerə qaçmayıb. Azərbaycandadır. Kim deyir ki, o ölkədə yoxdur? Allahın köməyi ilə də işinə qayıdacaq”.

Xatırladaq ki, mətbuatda və sosial şəbəkələrdə Tağı Əhmədova qarşı artıq cinayət işi açılması və bu səbəbdən də ölkədən qaçması barədə məlumatlar yayılmaqdadır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm