Şəki halvasından telefon çıxdı
Bizi izləyin

Qırmızı.az

Şəki halvasından telefon çıxdı

Qobustan həbsxanasına mobil telefon aparatı keçirmək cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xidmətin əməkdaşları tərəfindən Qobustan həbsxanasında cəza çəkən məhkum Asif Dilavər oğlu Şirinxuba atası Dilavər Həmid oğlu Şirinxub tərəfindən göndərilən bağlamaya baxış keçirilib. Baxış zamanı "Şəki halvası" qutusunun içərisində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən iki ədəd "Nokia" markalı mobil telefon aparatı, iki ədəd danışıq kartı, bir ədəd elektrik qidalandırıcısı və bir ədəd qulaqcıq aşkar edilərək götürülüb.



Qeyd edək ki, A.Şirinxub Cinayət Məcəlləsinin 144.2.3; 144.2.4; 144.2.5; 144.2.6; 66.5 və 228.1-ci maddələrinə əsasən azadlıqdan məhrum edilib.



Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm