AVP gündəmi müzakirə etdi
Bizi izləyin

Qırmızı.az

AVP gündəmi müzakirə etdi

10 aprel 2014-cü il tarixində Ana Vətən Partiyası Mərkəzi Şurasının növbəti iclası keçirilmişdir. İclasda bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri, AVP Gənclər Təşkilatı sədrinin fəaliyyəti və cari məsələlər müzakirə olunmuşdur.

Birinci məsələ ilə bağlı qərara alındı ki, may ayının 31-də Partiya Ali Məclisinin yaz sessiyası çağrılsın və bələdiyyə seçkilərinə hazırlığa start verilsin. Bununla əlaqədar olaraq şöbələr üzrə müvafiq tapşırıqlar verildi.

Mərkəzi Şurada Gənclər Təşkilatının sədri Tural Məmmədovun fəaliyyəti geniş müzakirə olundu. Onun partiya etikası ilə bir araya sığmayan əməllərinin tutduğu vəzifə ilə uzlaşmadığı konkret faktlarla əsaslandırıldı və Gənclər Təşkilatı Əsasnaməsinin “Xüsusi müddəalar” bölməsinin I bəndinə əsasən, o, tutduğu vəzifədən azad edildi.

Gənclər Təşkilatının sədri vəzifəsinin icrası sədr müavini Mikayıl İbrahimova həvalə olundu. Tural Məmmədovun Partiyada üzvlük məsələsi müzakirə olunmaq üçün Mərkəzi Nəzarət Təftiş Komissiyasına tövsiyyə edildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm