Hesablama Palatası XİN-lə bağlı xəbərləri təkzib etdi
Bizi izləyin

Qırmızı.az

Hesablama Palatası XİN-lə bağlı xəbərləri təkzib etdi

Hesablama Palatası Xarici İşlər Nazirliyində qanun pozuntularının aşkarlanmasına dair mətbuatda dərc olunan məlumatı təkzib edib.

Hesablama Palatası Xarici İşlər Nazirliyində qanun pozuntularının aşkarlanmasına dair mətbuatda dərc olunan məlumatı təkzib edib.

Hesablama Palatasının saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyində qanun pozuntularının aşkarlanması ilə bağlı mətbuatda həqiqətə uyğun olmayan məlumatlar yayılıb və bu zaman Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabata istinad edilib.

Hesablama Palatasının məlumatında qeyd olunur: "Təəssüflə qeyd edirik ki, xəbərin başlığı və jurnalist tərəfindən verilən şərhlər, hətta ölkənin ali dövlət maliyyə nəzarəti orqanının adının tam göstərilməməsi onun öz işinə məsuliyyətsiz yanaşmasını ifadə edir. Hesablama Palatası Hesabatda göstərilmiş məqamların "saxta", "qeyri-qanuni" və s. bu kimi ifadələrdən istifadə etməklə təhrif olunmasını və fikri konteksdən çıxararaq ictimaiyyətin səhv məlumatlandırılmasını jurnalistin qeyri-peşəkar və qərəzli mövqeyi kimi qiymətləndirir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm