"Yurd TV" bağlandı
Bizi izləyin

Qırmızı.az

"Yurd TV" bağlandı

“Yurd TV” internet televiziyası fəaliyyətini dayandırıb. Bu barədə AzVision.az-a kanalın adını açıqlanmasını istəməyən əməkdaşı məlumat verib.

O, bildirib ki, televiziyanın fəaliyyətinin dayandırılması ilə bağlı qərar dünən axşam saatlarından etibarən qəbul olunub.

Qeyd edək ki, dünən axşam kanalın dayandırılması ilə bağlı qərar qəbul olunandan sonra sayta heç bir xəbər yerləşdirilməyib. Saytda sonuncu xəbər 19:49-da qoyulub. Kanalın fəaliyyətinin dayandırılması ilə bağlı məsələni araşdırmağa davam edəcəyik.

***

Yurd TV-nin Xəbərlər departamentinin rəhbəri Səadət Məmmədova Milli.Az-a açıqlamasında bildirib ki, televiziyanın fəaliyyətinin dayandırılması ilə bağlı əməkdaşlara heç bir rəsmi məlumat verilməyib. "Hal-hazırda bütün əməkdaşlar işdədirlər", - o əlavə edib.

***

"Qafqazinfo" xəbər verir ki, hazırda Yurd TV-nin saytı aktiv olsa, yenilənmir. Eyni zamanda internet TV-nin yayımı da dayandırılıb. Qeyd edək ki, Yurd TV 2011-ci il martın 1-də fəaliyyətə başlasa da, ətrafına auditoriya toplaya bilməyib. Faktiki olaraq, Elnur Aslanovun digər media layihələri kimi Yurd TV də böyük audoriya qazana bilməyib.

Xatırladaq ki, bu layihəyə rəhbərliyi Rüstəm Əliyev həyata keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm