Aydın Əliyev Goranboyda qəbul keçirib
Bizi izləyin

Qırmızı.az

Aydın Əliyev Goranboyda qəbul keçirib

Avqustun 26-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Goranboy şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Publika.az xəbər verir ki, qəbulda bölgədə yerləşən - Goranboy, Naftalan, Bərdə və Tərtər rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm