• USD 1,7000 0,00% EUR 1,9254 -0,67%
    • GBP 2,1593 -0,51% RUB 0,0255 +1,57%

Taleh Bağırovun tərəfdarları ilə atışma 10-15 dəqiqə davam etdi

Taleh Bağırovun tərəfdarları ilə atışma 10-15 dəqiqə davam etdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

apa-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Abbas Hüseynov hakimdən Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə şikayət yazdığını bildirib.

Hakim şikayəti aidiyyəti üzrə çatdıracaqlarını deyib.

Daha sonra vəkillər təqsirləndirilən şəxslərin saxlanılandan sonra işgəncə verilməsi ilə haqqında tibbi ekspertizanın keçirilməsi, Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova isə onun bədənində olan güllələrin çıxarılması barədə vəsatət qaldırıb.

Prokuror Nəsib Bayramov isə bildirib ki, vəsatətlər əsassız olduğundan təmin edilməməlidir, Ş. Abduləliyevlə bağlı məsələyə hazırlıq iclasında münasibət bildirilib: “Biz o zaman da dedik ki, güllələr onun sağlamlığına problem yaradırsa, bununla bağlı saxlanıldığı təcridxananın rəhbərliyinə müraciət edə bilərlər. Taleh Bağırov, Zakir Mustafayev və Abbas Quliyevlə bağlı isə işgəncə faktının olması haqqında onların vəkilləri prokurorluğa şikayət ediblər ki, bu məsələ araşdırılsın. Lakin prokurorluq şikayəti rədd edib”.

Müşavirədən sonra hakim qərarı elan edib. Bildirib ki, vəsatətlər təmin edilib.

İclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elçin Tağıyev sualları cavablandırıb. Vəkil Elçin Sadıqov ondan soruşub ki, bütün polislər zirehli gödəkcə geyinmişdilərsə, ölən polislərdən birinin qarnına güllə necə dəyib? Şahid özünün gödəkcə geyindiyini, digərlərindən isə xəbəri olmadığını deyib.

Vəkil Yalçın İmanov ondan polislərdə qumbara olub-olmamasını soruşub. Şahid polislərdə qumbara olmadığını deyib.

Təqsirləndirilən Cabbar Cabbarov maşında onlara işgəncə verən şəxslərdən birinin Elçin Tağıyev olduğunu deyib. Hakim bildirib ki, həmin şəxslər maskalı olublar. Hakim onu necə tanıdığını soruşub.

Daha sonra iclasda vəkil Nemət Kərimli çıxış edib. O bildirib ki, Elçin Tağıyevin psixiatrik ekspertizadan keçirilməsini, ekspert qarşısında onun hadisə baş verən günü olanları xatırlayıb-xatırlamaması sualının qoyulmasını istəyib. Məhkəmə vəsatəti gələn proses zamanı müzakirə edəcəklərini deyib.

İclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Hikmət Əliyev şahid və zərərçəkmiş şəxs qismində ifadə verib. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq edib. Bildirib ki, təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayəti yoxdur. Onların cəza məsələsinin isə məhkəmə tərəfindən həll olunmasını istəyib. Şahid, Taleh Bağırovun Nardaranda silahlı dəstə yaratması, hakimiyyəti zorla ələ keçirmək istəməsi barədə onlarda məlumat olduğunu, bununla bağlı idarədə müşavirə keçirildiyini deyib. Bildirib ki, keçirilən əməliyyatda iştirak edib. O bildirib ki, polis əməkdaşları əvvəlcə xəbərdarlıq atəşi açıblar. Həyətə o və digər polislər girəndə partlayış baş verib. Həyətdə olan hovuzun yanında gizləndiyi üçün xəsarət almayıb: “Həyətdə bir nəfəri gördüm. Daha sonra evə keçib 50-55 yaşlarında bir kişini zərərsizləşdirdim. Onun əlində bıçaq var idi və mənə müqavimət göstərmək istəyirdi. Baxış zamanı cibindən qumbara çıxdı. Həmin şəxs İbrahim Xudaverdiyev idi”. Şahid bildirib ki, atəş olan tərəfə o da atəş açıb. Lakin onun atdığı güllələrin kiməsə dəyməsini və yaxud kiminsə ölməsini bilmir.

İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində tanınmış Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Əliyev Hikmət Əli oğlu iş üzrə verdiyi ifadəsində göstərib ki, 26 noyabr 2015-ci il tarixdə Baş idarəyə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yaşayan «Müsəlman Birliyi Hərəkatı»nın sədri, əvvəllər məhkum olunmuş Bağırov Taleh Kamil oğlunun Azərbaycan Respublikasının dövlət hakimiyyətini zorla ələ keçirmək, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək məqsədi ilə digər şəxslərlə əlbir olaraq qanunvericilikdə nəzərdə tutulmayan silahlı dəstə yaratması haqqında məlumat daxil olub. Daxil olmuş məlumatların yoxlanılması ilə əlaqədar Baş İdarə rəhbərliyinə raportla məruzə edilib. Bundan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün qərar qəbul edilib. Tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılıb. Bundan sonra əməliyyat qrupunun tərkibində hal şahidləri ilə birlikdə 26 noyabr 2015-ci il tarixdə saat 12:15-də Nardaran qəsəbəsi ərazisinə gedib. Bünyətov Əbülfəz Heybət oğluna məxsus fərdi yaşayış evinin yaxınlığında əməliyyat mövqeyi seçiblər.

T. Bağırovun tərəfdaşları ilə birlikdə həyətdə girişdən sağ tərəfdə yerləşən evdə olması tam yəqin edildikdən sonra saat 13 radələrində o və əməliyyat qrupunun digər üzvləri həyətə daxil olublar. Bu zaman həyətdə və həyətdəki evdə olan şəxslər onların həyətə daxil olmağından xəbər tutub qrup üzvlərinə atəş açmağa başlayıblar. Həyətdə polislərə atəş açan şəxslərdən kimsə onlara tərəf əl qumbarası atıb, daha sonra isə Taleh Bağırovun tərəfdaşları bir neçə istiqamətdən intensiv olaraq avtomat və tapançalardan qrup üzvlərini atəşə tutublar. Əməliyyat qrupunda olan polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyev irəlidə olduqlarından partlayan qumbaranın ətrafa səpələnən qəlpələri və atılan silahların güllələri nəticəsinə yaralanıb. T.Bağırovun tərəfdaşları tərəfindən polislərə qarşı odlu silahdan istifadə edildiyi üçün onlar tərəfindən dəfələrlə həmin şəxslərə xəbərdarlıq atəşi açılaraq polis əməkdaşlarına qarşı silah tətbiq etmələrini dayandırmalarını tələb ediblər. Lakin, onlar bu barədə tələbə tabe olmayaraq əməliyyat qrupunun üzvlərini hər tərəfdən intensiv atəşə tutublar. Buna görə də onlar tərəfindən xidməti silahlardan atəş açılıb.

Təxminən 10-15 dəqiqə ərzində davam edən atışma zamanı əməliyyat qrupunun üzvləri tərəfindən T.Bağırovun tərəfdaşları zərərsizləşdiriliblər. O, həyətə girişdən sağ tərəfdə yerləşən evə daxil olmuş və evin içində Taleh Bağırovun yanında dayanmış orta boylu, üzü saqqallı, başının ortası keçəl, təxminən 50-55 yaşlarında, əlində bıçaq olan və T.Bağırovun yaxalanmasına maneə olmaq istəyən şəxsi yaxalayıb. Həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilərkən məlum olub ki, o, 1960-cı il təvəllüdlü Xudaverdiyev İbrahim Məhəmməd oğludur. Baxış keçirilərkən İbrahim Xudaverdiyevin əynində olan şalvarın sağ yan cibindən bir ədəd alışdırıcısı ilə birlikdə əl qumbarası və onu tərksilah etdiyi zaman götürdüyü bir ədəd bıçaq ayrılıqda qablaşdırılaraq möhürlənib. Hadisə zamanı həyətdə arıq bədən quruluşlu, çatmaqaş, nazik bığlı, təxminən 20-25 yaşlarında əlində bıçaq ilə polis əməkdaşı Nadir Novruzova hücum edib onun boğaz nahiyəsindən vurmaq istəyib. Lakin sonuncu bıçaq zərbəsindən yayınıb həmin şəxsin əlində olan bıçağı alaraq onu tərksilah edib. Həmin şəxsin Quliyev Abbas Əbdülrəhman oğlu olması müəyyən edilib.

Prokuror Nəsib Bayramov isə ondan təqsirləndirilən şəxslərə işgəncə verilməsi haqqında soruşub. Bildirib ki, əsas müzakirə mövzularından biri də onlara işgəncə verilməsidir. Prokuror şahiddən kiməsə işgəncə verilməsini və yaxud belə bir hadisəyə şahid olub-olmamasını soruşub. Şahid belə bir hadisənin şahidi olmadığını, kiməsə işgəncə vermədiyini deyib.

Vəkillər ondan hansı zərəri çəkdiyini soruşublar. Şahid mənəvi zərər çəkdiyini deyib: “Bizə atəş açılıb”.

Təqsirləndirilən İbrahim Xudaverdiyev isə onu tutan şəxsin Hikmət Əliyev olmadığını deyib. Şahid isə onun dediklərini təkzib edib.

Təqsirləndirilən şəxslərdən Əli Nuriyev və Rasim Cəbrayılov isə Hikmət Əliyev tərəfindən işgəncəyə məruz qaldıqlarını deyiblər. Şahid onu kiminləsə səhv saldıqlarını deyib. Bildirib ki, təqsirləndirilən şəxslərdən Abbas Quliyevi üzləşmə zamanı görüb. Heç kimə işgəncə verməyib.

Proses avqustun 31-də davam edəcək.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>