Bakıda qanunsuz qumarxana təşkil edən 15 nəfər tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakıda qanunsuz qumarxana təşkil edən 15 nəfər tutuldu

Bakıda qanunsuz qumarxana təşkil edilməsinin tutulması ilə bağlı əməliyyat keçirilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtın Nəsimi rayonu ərazisində müxtəlif obyektlərdə qumarxana təşkil edən iki qrupun ümumilikdə 15 üzvünü saxlayaraq istintaqa təhvil verib.

“Çalı Quşu” kafesinə baxış keçirilərkən obyektin qumarxana kimi fəaliyyət göstərməsi müəyyən edilib. Məlum olub ki, Türkiyə Respublikasının vətəndaşı 64 yaşlı Alisa Ateş ətrafına Gündoğmuş Alişan, Sefer Bayraktar, Mehmet Durmaz, Göçer Tuncay və Mingəçevir şəhərində anadan olan 34 yaşlı Fariz Nuriyevi də cəlb edərək mütəmadi olaraq qumar oyunları təşkil edib. Onlar müştərilərin qumar oyunlarında udduğu pulların bir hissəsinə şərik olublar.

Əməliyyatçılar ərazidəki “Parpali” kafesinə də baxış keçirərkən eyni durumu aşkarlayıblar.

Araşdırmalarla müəyyən edilib ki, Türkiyə Respublikasının vətəndaşı 36 yaşlı Kənan Yıldırım ətrafına xeyli adam yığaraq 1 ilə yaxındır ki, qumar oyunları təşkil edir. Ona bu işdə həmyerliləri - İsa Karslı, Özgül Turqay, Ahmed Tuylu, Bircan Varol və Bakı şəhər sakinləri, Elçin Quliyev, Bağır Əliyoldaşov, Ehtiram Hüseynov, Elçin Abdullayev yardım ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm