
Ukraynanın Donetsk şəhərindəki kömür şaxtasında partlayış olub.
Partlayış metan qazının sızması nəticəsində səhər saat 06:24-də baş verib. Hadisə nəticəsində ən azı 7 nəfər həlak olub. Yaralananların sayı məlum deyil. Partlayış zamanı şaxtada 78 nəfər olub.
Hazırda Ukrayna Fövqəladə Hallar xidməti ərazidə çalışır. /Milli.Az