
Sumqayıt polisi narkotiklərlə bağlı əməliyyat keçirib.
Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Bəxtiyar Qasımov həbs edilib. Ondan 0,73 qram tiryək, yaşadığı evə baxış zamanı isə 3,6 kiloqram marixuana, 1 kiloqramdan çox tiryək, 406,98 qram həşiş aşkar edilib.
Bəxtiyar Qasımovun eyni əmələ görə əvvəllərdə məhkum olunduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.