Bakıda 27, rayonlarda 30 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda 27, rayonlarda 30 dərəcə isti olacaq

Sabah, sentyabrın 2-si Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 24-27 dərəcə isti, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 13-17, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm