2500-dən çox dərmana YENİ QİYMƏT
Bizi izləyin

Qırmızı.az

2500-dən çox dərmana YENİ QİYMƏT

Dövlət qeydiyyatına alınmış 9850 dərman vasitəsinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilib.

Publika.az xəbər verir ki, onlardan 7347 dərman vasitəsi (75%-i) əvvəldən təsdiq edilmiş qiymətlərlə satışdadır. Digər 2503 dərman vasitəsinin (25%-nin) təsdiq edilmiş qiymətləri isə bu gündən qüvvəyə minir.

Sentyabrın 1-dən etibarən qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilməlidir.

Tarif (qiymət) Şurası tərəfindən qiymətləri təsdiq edilərək qüvvəyə minmiş dərman vasitələrinin qiymətlərində Şuranın qərarı olmadan hər hansı bir dəyişiklik, o cümlədən dərman vasitələrinin qiymətlərinin bahalaşması mümkün deyildir.

Qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmiş 9850 dərman vasitəsinin qiymətləri Şuranın rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdirilib (keçid: http://tariff.gov.az/documents/DVA.pdf).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm