Bu rayonlarımız TƏHLÜKƏDƏ: SÜRÜŞMƏ QORXUSU
Bizi izləyin

Qırmızı.az

Bu rayonlarımız TƏHLÜKƏDƏ: SÜRÜŞMƏ QORXUSU

"Bu günlərdə yağan yağışlar, çaylarda baş verən daşqınlar nəticəsində sürüşmə sahələrinin fəallaşması gözləniləndir".

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, hazırda nazirliyin əməkdaşları bölgələrdə monitorinqlər aparır: "Hazırda əməkdaşlarımız həmin ərazilərdə monitorinqlər aparırlar. Məlumatlar toplanandan sonra yekun rəy hazırlanacaq. Bu yağışlardan sonra sürüşmə obyektlərində mütləq ki, dinamikada fəallaşmaya səbəb olacaq. Xüsusən də, İsmayıllı rayonu ərazisindəki bəzi sürüşməyə meylli sahələrdə, Xızı, Şamaxı, Ağsunun dağətəyi hissələrində sürüşmə sahələrində aktivlik gözlənilir".

Ə.Piriyev onu da vurğulayıb ki, avqust ayında respublika ərazisindəki sürüşmənin dinamikasında fəallaşma müşahidə edilməsə də, bəzi ərazilərdə uçqunlar qeydə alınıb: "Bakı-Şamaxı yolu, Bakı-Ağsu yolunun 132-155-ci kilometrliyi, Lənkəran-Lerik yolunda müəyyən qədər töküntü meydana gəlib. Bu ərazilərdə sürüşmənin dinamikasında müəyyən qədər aktivləşmə müşahidə olunub".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm