Əlimərdan bəy Topçubaşovun nəvəsi: "Azərbaycana getməyi çox istəyirəm" - MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

Əlimərdan bəy Topçubaşovun nəvəsi: "Azərbaycana getməyi çox istəyirəm" - MÜSAHİBƏ

Əlimərdan bəy Topcubaşovun böyük qızı Sara Topcubaşovadan 2 nəvəsi olub, Zarifə və Gulnara. 93 yaşlı Gülnara Kurdemir bizi İstanbulun qədim məkanlarından olan Cihangirdəki evinə dəvət etdi. Bizi sevimli pişiyi ilə qapıda qarşıladı. Evdə olan bütün əşyaları, xüsusilə ağ, qara şəkillər uzun illəri sığdırmıştı ovuclarına. Gözləri gülürdü Gulnara xanımın. Açığı belə qarşılanacağımızı gözləmirdik. Səmimi, təvazökar və 93 yaşı olmasına baxmayaq olduqca sağlam görünürdü. Saatlarla söhbət etik, fransız dilində danışdığı üçün türk dilində o qədərdə yaxşı bilməsə də aram-aram, təmkinlə hər şeyi izah etməyə çalışırdı. Babasından qalan fransızca yazılımış əl yazıları və şəkillər evin ən gözəl guşəsində yer almıştı. Uzun illər əvələ getdik, Gulnara xanım, hətta uşaqlıq xatirələrini belə çətinlik çəkmədən xatırladı.

"Report" Gülnara Kurdemir ilə müsahibəni təqdim edir.

- Fransada doğuldunuz, əvvəlcə İstanbula gəlişinizdən başlayaq, neçə ildir burda yaşayırsınız?

- 1950-ci ildə İstanbula gəldik. Atamın ailəsi Trabzonda yaşayırdı və o ailəsini görmək üçün Türkiyəyə gəldi, anamı, məni və bacımı özü ilə İstanbula gətirdi. O zaman 22-23 yaşındaydıq. Anam Topcubaşovun böyük qızı ili, bir xalam vardı, 3 dayım. Ələkbər, Ənvər və Rəşad. Onları çox gözəl xatırlayıram. Rəşad bir az gənc yaşında vəfat etdi. Ələkbər çox qiymətli insan idi, İslam dinini araşdırırdı və olduqca çox dil birlirdi. Böyük bir kitabxanası vardı. Vəfat etdiyi zaman kitabxananı kiməsə verdi, amma onun adını bilmirəm. Babamın bütün yaradıcılığı o kitabxanadaydı, bütün həyatı o kitabxanada toplanmıştı. Ara-sıra düşünürəm, o kitabxana hara getdi, kimə verildi?!

- Babanızı necə xatırlayırsınız?

- Mən doğulduğum zaman vəziyyətimiz heç də yaxşı olmayıb. Atam hambal işləyirdi, anam da tikiş fabrikində dərzi çalışırdı. Ancaq sonra yavaş-yavaş vəziyyətimiz düzəldi. O zaman babam Fransanın Sen Klu şəhərində yaşayırdı. Xatirələrim çoxdu amma xatırlmaqda çətinlik çəkirəm. Çünki, o vaxt çox kiçik idim. Biz İstanbula gələndə Fransadan ayrıldığım üçün kədərlənmiştim. Gəldim bura alışmağa çalışdım. Ailə qurdum, bir kitabxanaçıyla evləndim və ömrüm elə burada keçti. İki uşağım oldu. Oğlum 35 yaşında vəfat etdi, qızım Bodrum şəhərində yaşayır. Yoldaşımla ayrılmıştım. Uğursuz evliliyim oldu. Onun anası yazıçı idi,onun kitab işinə maraqlı olması xoşuma gəlirdi. O özünü intelektual göstərərək yaxşı rol oynadı.

- Babanızın vəfat ediyi günü xatırlayırsınızmı?

- Babam 14 il Fransada yaşadı. Babamın vəfat ediyi günü dünənki kimi xatırlayıram. 1934-ci il idi. Gözümün önündədi o günki görüntülər. O vəfat edəndə mənim 10 yaşım vardı. Anam bizi çölə çıxmağa qoymadı. Bütün yol, küçə insanlarla dolu idi. Bütün millətlərdən insanlar var idi. Gürcülər, Dağıstanlılar, Azərbaycanlılar, Fansızlar hər kəs, hər kəs orada idi. Fansızlar şok olmuşdu, niyə dəfnə bu qədər insan toplaşıb deyə. Babam çox yaşı insan idi. Onun siyasətini bilirdim təbii ki, ən önəmlisi o hər kəsin bir olması üçün mücadilə edirdi. Biz San Klu şəhərində yaşadığımızın zaman yemək süfrələrimizi xatırlayıram. Böyük masalar olurdu və ən başda babam oturardı. Böyük ailə idik. Hər kəs sırayla otururdu və yerini bilirdi. Babamın anası və böyük bacısı da bizimlə qalırdı. Çox yaxşı insan idi nənəm. O da dərzi işləyirdi. Çox vaxt mən də onunla iş yerinə gedirdim, axşama qədər işin bitməsini gözləyirdim. Çox gözəl və səssiz bir qadın idi. Mən rəngli qələmləri çox sevirdim. İndidə sevirəm.O hər iş çıxışında mənə qələmlər alırdı. Vəziyyət heç də yaxşı deyildi, ancaq o məni bu qələmlərlə məmnun edə bilirdi. Babamda boş vaxtlarını bizə həsr edirdi, bizi parka götürürdü və Azərbaycan dilində öyrədirdi. Onlar aralarında rus dilində danışırdı. Biz heç nə başa düşmürdük. Amma babam bizimlə Azərbaycan dilində danışırdı və bizə hərfləri öyrədirdi.

- Siz hansı dillərdə öyrəndiniz? Təhsilinizi İstanbulda davam etdirdinizmi?

- Mən çox dil bilmirəm. Məktəbcə İspanyolca və İngilizcə öyrənmiştim. İstifadə etmədikcə unuduldu getdi. Görürsüz Türkcə də çətinliklə danışıram. Fansızca mənim dilimdi, çünkü bütün dostlarım çevrəm Fransızca danışır. Hüquq oxumağa çalışdım, amma yarıda buraxdım.Konservatoryada piyano oxudum, onuda tamamlamadım. Buna görə çox peşmanam. Eşitmişəm Azərbaycanda hər kəs müsiqiylə məşğul olur, hər kəsin evində piaono var. Bu çox gözəldi. Təəssüflənirəm ki, İstanbula gəldikdən sonra heç nə etməmişəm. Uşaqlarımla məşğul oldum və vaxt keçti.

- İçinizdə Azərbaycana həsrəti oldumu, Bakıya heç getdinizmi?

- Frnasa, Azərbaycan, İstanbul bu üç şəhər mənə əzizdi. Xeyir heç getmədim. Yox təəssüf ki, getmədim. Bir dəfə məni və bacımı dəvət etmişdilər, biletlərimiz də ancaq bacım xəstələndiyi üçün gedə bilmdik. Çox təəssüfləndik. Təxminən 20 il öncəydi. İndi çox istiyərm ki, gedim Bakını görüm. Ancaq yaşlandım 93 yaşım var. Tək gedəbilmərəm. Yıxılaram, bir şey olar. Biri yanımda olsa sevinə sevinə gedərəm. Anamın vətənidi ora. Bir dostum Bakıda mənə şəkillər çəkib gətirmişdi. Onlara baxıram ara sıra, gözəl şəhərdi.

- İstanbulda həyat necə gedir? Məmnunsunuzmu burdakı yaşayışınızdan?

- Məmnunam. Yoldaşımdan ayrıldıqdan sonra uzun müddət Qalatasaray liseyinin uşaqlarına fransız dilində özəl dərslər verdim. Daha öncələri heç iləməmiştim. O zaman öz ayaqlarım üstə durmağı öyrəndim. Əvvəllər atamda kömək edirdi, çünki həyat yoldaşımın dəstəyi az idi. O biraz əhlikef adam çıxdı.

- İndiyə kimi Azərbaycandan qapınızı döyən oldumu? Konsulluq və digər rəsmi qurumlardan sizinlə heç maraqlanıblarmı?

- Heç kim maraqlanmadı. İlk dəfədir ki, siz gəlirsiniz. Çox sevindim, gec də olsa məni axtardınız, tapdınız. Azərbaycanı çox sevirəm. Ora getməyi çox istəyirəm. Qismət deyək, nəsib olsa gedib görərdim.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm