Ordumuz 8 milyon kvadratmetr ərazini və 18 döyüş mövqeyini AZAD EDİB
Bizi izləyin

Qırmızı.az

Ordumuz 8 milyon kvadratmetr ərazini və 18 döyüş mövqeyini AZAD EDİB

“Aprel döyüşlərində Azərbaycan 18 döyüş mövqeyini və 8 milyon kvadratmetrdən çox əraziləri ələ keçirib”.

Publika.az xəbər verir ki, bu barədə həbsdə olan “Yeni Ermənistan” hərəkatının rəhbəri Jirayr Sefilyan sentyabrın 2-də keçirilən məhkəməsində çıxışı zamanı deyib.

O, Ermənistan hakimiyyətinin çox şeyi gizlətdiyini bildirib.

“Sarkisyan Ermənistana xəyanət etdi. Bugünkü sabitlik aldadıcıdır. Azərbaycan müharibə variantını həmişə gündəmdə saxlayır”, - deyə o bildirib.

J.Sefilyan erməni hərbiçilərinə müraciət edərək, onları Sarkisyana qarşı qiyama qalxmaq çağırışı edib.

Qeyd edək ki, aprel döyüşlərində Azərbaycan Ordusu işğal altında olan ərazilərin 2 min hektarını düşməndən azad edib.

J.Sefilyan Ermənistan hakimiyyətinə qarşı çıxdığı üçün onu həbs ediblər. İyulun 17-də Sefilyanın tərəfdarları polis binasını ələ keçirərək, onun azad olunması tələbi ilə çıxış edib. Sonra Sarkisyan hakimiyyəti qiyamın qarşısını alıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm