Pulsuz təhsil və ayda 3000 dollar tələbə təqaüdü almaq istəyirsizsə, OXUYUN!
Bizi izləyin

Qırmızı.az

Pulsuz təhsil və ayda 3000 dollar tələbə təqaüdü almaq istəyirsizsə, OXUYUN!

6 ölkə onların ali məktəblərində oxuduğunuza görə siz pul verir. Siz hələ də, xarici ölkədə əcnəbi kimi təqaüd alaraq oxumağın mümkünsüzlüyünü düşünürsünüzsə, bu yazını oxuyun.

Publika.az xarici mətbuata istinadən bu ölkələr və onların təhsil sistemləri barədə məlumatları təqdim edir.

Xaricdə təhsil almaq üçün illərlə pul toplamağa və evinizi satmağa ehtiyac yoxdur. Bir sıra ölkələrin təhsil proqramları imkan verir ki, əcnəbilər arada pulsuz təhsil alsınlar.
Onlar tələbəyə təkcə təhsil vermir, onun uçuş bileti və mənzil xərclərini qarşılayır. Hətta bundan əlavə tələbəyə əlavə təqaüd də verir.

Böyük Britaniya

Böyük Britaniya dünyada ən bahalı təhsil sistemi olan ölkələrdəndir. Ancaq bu ölkə istedadlı əcnəbi tələbələr üçün nəinki təqaüd ödəməyə, həm də onun yaşaması üçün yetərincə pul ödəməyə hazırdır. Oksford və London incəsənət məktəbi də daxil olmaqla ölkənin 40 tanınmış universiteti tələbələrə təqaüd verir. Məsələn, Oksfordun iqtisadiyyatı üzrə magistr proqramının təqaüdü ildə 20 min funt sterlinqdir.

Bundan başqa, Böyük Britaniyanın “Chevinq” təhsil proqramı tələbəyə təqaüd verməklə yanaşı, onun viza və uçuş xərclərini də qarşılayır. Bu təhsil sisteminin yeganə mənfi tərəfi təhsili başa vurandan iki sonra ölkəni tərk etmək tələbidir.

Almaniya

Almaniyanın əsas marağı müxtəlif sahələr üzrə ən yaxşı mütəxəssisləri ölkəyə cəlb etməkdir. Məsələn, ölkənin ən məşhur təhsil proqramı DAAD dizayn, iqtisadiyyat və arxitektura üzrə təhsil alanlara xüsusi təqaüd verilir. Bu təhsil proqramının üstünlüyü sonra ölkədə işləmək imkanı yaratmasıdır.

ABŞ

Xarici ölkə vətəndaşları üçün ABŞ-da Fulbrayt proqramı mövcuddur. Bu proqramı 30 yaşdan yuxarı tələbələrə təqaüd verilir. Bu ölkədə təhsili bitirəndən sonra evə geri qayıtmaq tələb edilir.

ABŞ-da tələbə təqaüdü ayda 2500-2900 dollardır. Bundan başqa, gediş-gəliş və hətta tibbi sığorta xərcləri də ödənilir. Bu ölkədə təhsil almağa gedənlər uşaqlarını, həyat yoldaşlarını apara bilərlər. Onlara işləmək imkanı verilir.

Fransa

Bu ölkədə dünyanın bir sıra ölkələrindən vətəndaşları magistratura təhsili ala bilərlər. Lakin əsas şərtlərdən biri təhsil alanın yaşı 35-dən çox olmalıdır. Həmin şəxs bakalavr təhsili başa vurmalı, hətta magistr təhsili də almış olmalıdırlar.

Bu ölkədə təhsil alanın aylıq təqaüdü 767 avrodur. Üstəlik, viza, təhsil pulu və tibbi sığorta xərcləri də ödənilir.

İsveç

İsveçdə xaricilərin təhsili üçün Visby-in təqaüd proqramı mövcuddur ki, bununla da əcnəbilər ölkənin ən yaxşı universitetlərində ala bilərlər. Onların təhsil haqqı ödənilir, hətta hər ay yaxşı təqaüdü alırlar. “Qrant” 1 il verilir, tələbə yaxşı oxuyursa, bu müddəti uzatmaq olar.

Bu ölkədə aylıq təqaüd 980 dollardır. Bundan əlavə sığorta, təhsil, gediş-gəliş xərcləri də ödənilir.

Hollandiya

Bu ölkədə xaricilər üçün pulsuz təqaüd “Narıncı lalə” adlanır. 2016-2017-ci tədris ilində 18 ali məktəb bu proqrama qoşulub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm