Arzu Əliyeva ailəsi ilə Kristal Zalda – FOTO
Bizi izləyin

Qırmızı.az

Arzu Əliyeva ailəsi ilə Kristal Zalda – FOTO

Bu gün Bakıda təşkil edilən Ümumdünya Şahmat Olimpiadasının ikinci turu keçirilib.

Publika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Olimpiadanın ikinci günündə prezident İlham Əliyevin qızı Arzu Əliyeva və onun ailə üzvləri Bakı Kristal Zalına gələrək yarışların keçirildiyi zala baxıb, şahmatçıların oyunlarını izləyib, arenada açılan sərgi ilə tanış olublar.

Arzu Əliyeva qadınlar arasında şahmat üzrə dünya çempionu, çinli Hou Yifan ilə söhbət edib, onunla xatirə şəkli çəkdirib.

Arzu Əliyeva və ailə üzvləri şərhçilər otağına da baş çəkiblər. Burada onlara Olimpiadanın gedişi, həmçinin Azərbaycanda şahmatın, o cümlədən uşaq şahmatının inkişafı ilə bağlı ətraflı məlumat verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm