Rövşən Lənkəranskinin yaşadığını sübut edən-FOTOFAKT
Bizi izləyin

Qırmızı.az

Rövşən Lənkəranskinin yaşadığını sübut edən-FOTOFAKT

Avqustun 18-də Türkiyədə güllələnərək öldürülən azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin sağ olmasına dair yeni xəbərlər yayılıb.

Publika.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi Aynur Zeynalova adlı istifadəçinin yaydığı məlumatda Lənkəranskinin xəstəxanadan yayılan fotosunun ona məxsus olmadığı deyilir.

Məlumata görə, Lənkəranskinin olduğu deyilən foto əslində, 2008-ci ilin 9 fevral tarixində Qəzzada yaralanmış bir nəfərin fotosudur.

Qeyd edək ki, Rövşən Lənkəranskinin xəstəxanadan çəkilmiş fotosunun əsli İsrail Müdafiə Nazirliyinin 2008-ci ildə yaydığı xəbərdə yer alıb. Həmin fotodakı şəxs Həmasın Qəzza zolağında Kassam raketi atması ilə yaralanan Rami Tvitodur.

O, səkkiz yaşlı qardaşı Osher Tvito ilə həmin vaxt küçədə gəzirmiş və raket düşərkən yaralanıb. Rami Tvitonun 19 yaşında olduğu deyilir.

Bu fotodan aydın olur ki, R. Lənkəraniskiyə məxsus olduğu deyilən foto əslində, 2008-ci ildə çəkilib. Bu isə Lənkəranskinin yaşadığına dair ehtimalları artırır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm