İlham Rəhimovun yeni kitabı Azərbaycan dilinə tərcümə edildi
Bizi izləyin

Qırmızı.az

İlham Rəhimovun yeni kitabı Azərbaycan dilinə tərcümə edildi

Hüquq elmləri doktoru, professor İlham Rəhimovun Sankt-Peterburqun “Юридический центр” nəşriyyatı tərəfindən rus dilində yeni çapdan çıxmış “О нравственности наказания” (“Cəzanın əxlaqiliyi haqqında”) adlı kitabı Azərbaycan dilinə tərcümə edilib.

Qeyd edək ki, "Cəzanın əxlaqiliyi haqqında” monoqrafiya cəzanın fəlsəfi mahiyyəti haqqında müəllifin əvvəllər “Cinayət və cəza” (M., 2012), “Cinayət və cəzanın fəlsəfəsi” (СПб, 2013) kitablarında ifadə edilmiş düşüncələrinin davamıdır.

Əsərdə isbat edilir ki, hüquq elmi yalnız cəzanın formal tərifini verə bilər, bundan artığına qadir deyil. Bu fenomenin mahiyyəti haqqında fəlsəfi araşdırma isə onun əxlaqi tərəfinə müdaxiləyə cəhd etməyə, kateqoriyaların fəlsəfi fikir əsasında işlənib hazırlanmasına imkan verir.

Cəzalandırmaq, xüsusən söhbət ölüm cəzasından gedirsə, əxlaqidirmi? Cəza əvəzçıxma, qorxutma, psixoloji təsir sayılırmı? Cəzanın əxlaqi əsası nədir? Cəmiyyət qarşısında qoyduğu məqsədə cəza vasitəsi ilə nail ola bilirmi? Müasir şəraitdə cəzadan imtina etmək mümkündürmü? Professor İ.M.Rəhimovun bu maraqlı əsərində cavab verməyə çalışdığı sualların tam olmayan siyahısını bunlar təşkil edir.

Kitab ali məktəblərin tələbələri, doktorantları və müəllimləri, hüquq mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşmış nəzəri və təcrübi işçilər, həmçinin filosoflar, sosioloqlar, psixoloqlar və cinayət, habelə cəza problemləri ilə maraqlanan bütün oxucular üçün nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm