Ögey qızını öldürən qadının DƏHŞƏTLİ HEKAYƏTİ
Bizi izləyin

Qırmızı.az

Ögey qızını öldürən qadının DƏHŞƏTLİ HEKAYƏTİ

Rusiyanın İvanova şəhərində 2 yaşlı qızı oğurlayaraq öldürməkdə təqsirli bilinən Azərbaycan əsilli 24 yaşlı Gülxar Şirəliyevanın psixi sağlamlıqla bağlı problemi var. Onun psixoloji müalicəyə ehtiyacı var.

Bu barədə onun yaxın qohumu məlumat verib.

Bəzi saytlar onun haqqında məlumatı düzgün yazmayıb. Birinci onun adı Gülnar deyil, Gülxardı. Gülxar Sahil Şirəliyevin gəzdiyi qadın olmayıb. 2009-cu ildə onların toyu olub. Sahil qohumlarını aldatdı, burda nikah bağlamadı. Dedi nikahı Rusiyada bağlayacaq. Orda da bağlamadı. Çünki rusla evli olub, ondan biri qızı var. Sahil sonradan ondan ayrılıb, erməni əsilli qadınla münasibət qurub.

Sahil Gülxara evli olduğu gündən təzyiqlər göstərib, döyüb. Təsəvvür edin ki, onun sinəsində şişlər əmələ gəlmişdi. Başına o qədər təpik vurub ki, onun psixologiyası tamamilə pozulub”,-deyə təqsiriləndirilən şəxsin qohumu bildirdi.

Onun sözlərinə görə, məsələdən xəbərdar olandan sonra Gülxarı Azərbaycana gətiriblər: “Gülxar deyirdi ki, Sahil ona işgəncə verib, günlərlə evə gəlməyib, başqa qadınla yaşayır. Bir müddət sonra Sahil Azərbaycana gəldi və söz verdi ki, bir də yoldaşını döyməcək və ona xəyanət etməyəcək. Amma Sahil sözünü tutmadı.

Sahil erməni əsilli qadınla istirahətə gedib və uşağı dayənin yanına qoyublar. Qəddarlığı yalnız psixoloji sağlamlığı yerində olmayan adam edə bilər. Gülxar o həddə çatdırılıb. Sahil Gülxarın həyatını məhv etdi”.

O da bildirildi ki, ailəsi 17 yaşında Gülxarı 31 yaşlı Rusiyada kafe işlədən Sahilə məcbur veriblər. Onların iki övladı var.

İstintaqın versiyasına görə, G.Şirəliyeva həyat yoldaşının nikahdankənar övladı olan 2 yaşlı Yananı oğurlayıb və qəddarcasına öldürüb. (bizimyol)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm