Radikal dindar Azərbaycan xalqını düşmən adlandırdı - FOTOFAKT
Bizi izləyin

Qırmızı.az

Radikal dindar Azərbaycan xalqını düşmən adlandırdı - FOTOFAKT

Azərbaycanda dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına xüsusi cəzalar, o cümlədən ömürlük həbs cəzası tətbiq olunur.
Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı Cinayət Məcəlləsinə yeni 278.2 maddəsinin salınması təklif olunur.

Layihəyə əsasən, Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihə Milli Məclisə təqdim olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.

Femida.az xəbər verir ki, layihənin müzakirəyə çıxarıldığı bir zamanda dindən alət kimi istifadə edən bəzi “dindar”lar yenidən fəaliyyətə keçiblər. Özünü ruhani kimi təqdim edən Tohid Lənkərani qanunun əsl mahiyyətini başa düşmədən insanları kütləvi şəkildə etirazlara çağırıb. O, hətta yaşadığı, çörəyini yediyi ölkəni düşmən belə adlandırıb. Belə ki, Tohid Lənkərani şəxsi feysbuk statusunda bu sözləri yazıb :

“Bir Azərbaycanlı ruhani kimi yalvarıram.
Hamı yatıb düşmən oyaq!
Düşmən niyə oyaq?
Ay əziz dostlar, ay əziz Ruhani qardaşlarım.”
Maraqlıdır. Dinlə məşğul olduğunu deyən bu dar düşüncəli əbalı dindar düşmən deyərkən kimi nəzərdə tutur? Erməninimi? Əlbəttə yox… Bu onun və onun kimi din altında gizlənən “dindarların” köhnə təbliğat üsuludur. Çətinə düşəndə dosta düşmən demək adəti.


Daha sonra müraciətində Tohid Lənkərani yazır:

“Ay millət, ay Hüseynçilər, ay din xadimləri, Qeyrətli kişilər, ay zeynəbçi bacılar, ay haca gedənlər, ay kərbəlaya gedənlər.
Bəs Həzrəti Zəhranın cavabını necə vecəyik? Şəhidlərin cavabını nə verəcəyik? Bəs gələcək nəslimizin cavabını kim verəcək.
Hüseyn(ə) bizdən alırlar.
Yalvarıram, xahiş edirəm. Ayaqlarıza düşürəm. Gəlin bir olaq. Gəlin İmam Hüseynə və bizə izzət verən bayraqlarımıza sahib çıxaq.
Bizim bu bayraqlara ehtiyacımız var.
Ay dünya Azərbaycanlıları, ay Hüseynçilər. Hər kəs nə bacarır etsin. Əlindən gələni əsirgəməsin. Fərdi şəkildə, cəm şəkildə, necə olur olsun, hansı yolnan olur olsun. Gəlin qeyrətimizi düşmənlərimizə görsədək, onların çirkin planlarını puç edək.
Vallah Azərbaycanın izzəti bu bayraqların hörmətinə bağlıdır. Əgər müqavimət etsək və icazə verməsək ki, bu bayraqların və İmam Hüseynin əzasının hörməti aradan getdin. Onda Allah bizə qeyri adi bir qələbə nazil edər.”

Bu çağırışı ilə dindar o insanları yoldan azdıraraq onların fikrini başqa istiqamətə yönəltmiş olur. Bu insanları kütləvi iğtişaşlara çağırmaq deyilmi?
Daha sonra özünü ruhani adlandıran cənub mollalarının davamçısı təhdiddən belə çəkinmir.


“Heç kim İmam Hüseyn bayraqını bizim evlərimizdən və küçələrimizdən endirə bilməz!
Heç kim Hüseyn Əleyhissəlamın mühərrəm yürüşlərinə qadağa qoya bilməz.
Canımızı əlimizə tutub indiyə qədər bu bayraqları qoruyub saxlamışıq , bundan sonrada qoruyub saxlayacağıq.”


Müraciətini bu sözlərlə bitirən Tohid Lənkəraniyə xatırlatmaq istəyirəm ki, Azərbaycan müsəlmanın, xristianın, yəhudinin və s. dinlərin nümayəndələrinin sərbəst və problemsiz yaşadığı bir ölkədir. Sadəcə ibadəti ilə məşğul olan kəs niyə bu qərardan narahat olsunki? Sənin və sənin kimi din altında cənub mollalarının sifarişini yerinə yetirənlər nədən narahatdır? Yəqin ki, bu sualların cavabları onların özünə çoxdan bəllidir. Bura nə İran, nə İraq, nə Suriya nə də Mozambik deyil. Bura əhalisinin əksəriyyəti türklərdən ibarət olan, bütün xalqların nümayəndələrinin vəhdət halda yaşadığı Azərbaycandır. Əgər kimlərəsə burada yaşamaq xoş deyilsə, sərhədlər açıqdır. Dini siyasətə qatanlarınsa sonu məlumdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm