Bağlanan fakültənin son dekanı: "Bu xəbəri mətbuatdan eşitdim"
Bizi izləyin

Qırmızı.az

Bağlanan fakültənin son dekanı: "Bu xəbəri mətbuatdan eşitdim"

Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsi bağlanıb. universitetin tədris işləri üzrə prorektoru Telman Cəfərov bildirib ki, yaradıcılıq fakültəsi təşkil olunan zaman nə Elmi Şuranın qərarı olub, nə də Təhsil Nazirliyinin razılığı. Eyni zamanda bu il fakültəyə qəbul üçün bir nəfər də müraciət etməyib.

Fakültənin son dekanı, Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov Publika.az-a çıqlamasında fakültənin bağlanması barədə mətbuatdan eşitdiyini deyib: “Yeni rəhbərlik universitetə təyin olunanda mən ərizəmi yazıb işdən çıxdım.Fakültənin bağlanmasını mətbuatdan oxudum. Bu universitetin yeni rəhbərliyinin qərarıdır və heç nə deyə bilmərəm”.

Fakültənin nazirliyin razılığı olmadan yaradılmasına gəldikdə, Q.Rüstəmov bu barədə dəqiq məlumatının olmadığını dedi: “Fakültə 2007-ci ildə akademik Kamal Abdullanın təşəbbüsü ilə yaradılıb, o zaman mən tələbə idim. Bildiyim qədəri ilə universitetin Elmi Şuranın qərarı və əmr olub.Fakültəyə qəbul olmamasına gəldikdə, mən oradan iki ay əvvəl ayrılmışam. O zaman hələ rəsmi elan verməsək də, müxtəlif bölgələrdən, paytaxtdan şifahi şəkildə müraciətlər olurdu. Sonradan rəsmi müraciətin olub-olmaması barədə məlumatsızam”.

Q.Rüstəmov “Yaradıcılıq fakültəsi”nin bundan sonra fəaliyyəti üçün layihə hazırladığını dedi: “Ola bilər ki, başqa formatda olsun, amma bu işi davam etdirəcəyik. Bu Bilik Fondunun, Yaradıcılıq Fondunun ortaq bir layihəsi ola bilər. Ad fakültə yox, klub, atelye, kurs adlandırıla bilər. Düşünürəm ki, bunun o qədər də fərqi yoxdur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm