Qırmızı.az
Bakıda kişini qadına çevirənlər: harada və neçəyə? - ARAŞDIRMA - FOTOLAR
Rəsmi şəkildə icazə verilməsə də sosial şəbəkələrdə
əməliyyat olunaraq cinsiyyətini dəyişən yerli “üzdəniraqlar”a
addımbaşı rast gəlmək mümkündür. Maraqlıdır, qanun icazə vermirsə,
bəs, Kamillər necə Kama olurlar?
Söhbət cinsiyyətin dəyişdirilməsindən gedir. Yəni bu günün kişisi sabahın incə belli, uzun saçlı qadını və yaxud bu günün zərif qadını sabahın üzü tüklü, enli kürək kişisi!!!
Araşdırmamız zamanı cinsiyyətin hansı klinikalarda, neçəyə
dəyişdirilməsi ilə bağlı maraqlı faktlar əldə etmişik.
Özəl klinikalarda isə milyonlarla manata cinsiyyət
dəyişdilir.
“Ondakı "matka"dır, yoxsa kişi cinsiyyət üzvü... Yumurtalığı, yoxsa
toxumluq kanalı var? Fərq etməz, birini kəsib, birini saxalayırıq.
Translar, biseksuallardan hər gün zəng gəlir. Əməliyyatdan heç
kimin xəbəri olmur”.
İlk getdiyimiz ünvan Nəsirəddin Tusi adına Klinika oldu.
Klinikanın həkimləri əməkdaşımızla söhbətində cinsiyyət dəyişmək
üçün müraciət edənlər olsa da, onlar bu əməliyyatlarını
keçirmədiklərini bildirirlər.
Buna səbəb isə onlarda lazımı “kəsib-tikmək alətləri” və
“texnikalar”ı yoxdur: “Həmin şəxslərə yalnız psixoloji yardım
göstərə bilərik. Bizdə bu əməliyyat olunmur. Plastik əməliyyat
keçirən xəstəxanalarda bu mümkündür. Əməliyyatdan öncə həmin şəxsi
seksopotoloqa aparmaq lazımdır. Hormanları yoxlanmalıdır. Bizim bu
işlə məğul olan həkimimiz yoxdur. Sırf estetik cərrah lazımdır.
Həmin şəxslər əməliyyat olunurlar. Amma yenədə nə qadın kimi qadın
nə də ki, kişi kimi kişi olacaqlar. Elə xəstələr Bakıdan
uzaqlaşdırılsa da daha yaxşı olar”.
Klinikanın adını açıqlamadığımız həkimi qeyd edib ki, Bakıdakı
özəl klinikalarda belə əməliyyatlar aparılır.
Təbii ki, bəri başdan bilirdik ki, özümü jurnalist kimi təqdim
etsək müraciət etdiyimiz klinikalar “bizdə belə əməliyyatlar
keçirilmir” deyə cavab verəcəkdilər.
Klinikalardan birində öyrəndik ki, ora bu əməliyyata görə
yaxınlaşan xeyli sayda adam var. Bizimlə danışan həkimin
bildirdiyinə görə, bu əməliyyatı aparmazdan öncə lazımı məhkəmə
orqanlarından icazə kağızı və ən azı 3 ayrı-ayrı psixoloqdan rəy
almaq lazımdır. Onun sözlərinə görə, əməliyyat çox ağırdır. Bunun
üçün müəyyən şərtlərə əməl edilməlidir: “Bu, çox çətin bir
əməliyyatdır. Əməliyyat 6 saat çəkə bilər. Əgər çətin olsa
İstanbula göndəririk. Biz bu əməliyyatları çox etmişik. Əsasən isə
25-30 yaşlı şəxslərin cinsiyyətini dəyişdirmişik. 15 yaşlı və yaxud
daha azyaşlıları əməliyyat etmirik. Çünki onlarda inkişaf gedir.
Burada sadəcə estetik əməliyyatlar aparırıq”.
Əməliyat təkcə kəsib-tikməklə yekunlaşmır. Belə əsas işlər
bundan sonra başlayır: “Belə əməliyyatlar çox etmişəm. Heç bir
problem olmaz. Əməliyyatdan sonra həmin şəxsə hormon müalicəsi
etmək lazımdır. Sinə və üz əməliyyatları vacibdir. Onun kişiyə
bənzəməsi üçün burun əməliyyatı edilməlidir. Əməliyyatdan sonra
həmin şəxsin üz hissəsinə müəyyən implantlar qoymaq lazımdır. Döş
hissəsinə isə protezlər qoyuruq. Bunlar hamısı əlavə xərclər tələb
edir”.
Kimlər bu əməliyyata gedirlər?
“Cinsiyyətini dəyişdirmək istəyən kişi qız kimi olmalıdır.
O, psixoloji olaraq da özünü qadın kimi hiss etməlidir. O, zaman
əməliyyat vacibdir. Başqa yolu yoxdur. Həmin şəxslər bütün
hərəkətləri özlərindən aslı olmayaraq edirlər. Elə xəstələri
müəyyən hərəkətlərə görə suçlamamalıdırlar. Həmin şəxslərin
istənilməyən hərəkətləri hormonlardan asılıdır”.
Bu əməliyyatı etdirmək üçün isə insanlar minlərlə dollar pul
xərcləyirlər. Həkim ilk əməliyyat üçün ödənilən pulun məbləğini də
açıqlayıb: “Əgər psixoloq rəy verirsə həmin şəxslərin cinsiyyətini
100 faiz dəyişmək lazımdır. Məhkəmədən icazə kağızı və psixoloqdan
rəy alınarsa mən əməliyyat edirəm. Azyaşlı birisini isə əməliyyat
etmək üçün gözləyirəm. Bəzi insanlarda 18 yaşa qədər, bəzilərində
isə 21 bir yaşa qədər inkişaf gedə bilir. İnkişaf bitməmiş
əməliyyat etmək olmaz. İlk əməliyyat təxminən 10 min dollara başa
gəlir. İlk əməliyyat çox önəmlidir. Bunun üçün çoxlu aparatlar
lazımdır. Həmin cinsiyyət üzvünü kəsmək, başqa birisini onun yerinə
tikmək üçün aparatların olması çox vacibdir. Burada əməliyyatı
aparmaq çün böyük mikroskoplar yoxdur. İlk əməliyyat üçün tələb
olunan mikroskop cihazının qiymət 300-400 min manatdır. Həmin
əməliyyatı adi gözlə aparmaq olmaz. Əməliyyatdan sonra həmin
şəxslərə mən özüm nəzarət edirəm. Əməliyyatın harada aparılması
məsələsini isə xəstəni gördükdən sonra deyə bilirəm”.
Klinikada apardığımız müşahidə zamanı cinsiyyətini dəyişmək üçün
həkimə müraciət edən bir neçə nəfərə rast gəldik. Onlarla həmsöhbət
olmaq istəsək də buna icazə vermədilər.
Əldə etdiyimiz digər məlumata görə, klinikada üzü tüklü, enli
kürək, qalın səsli kişinin incə belli, nazik qaşlı, ehtiraslı
sinəyə qadına çevrilməsi üçün cəmi 50-60 min manat pul
lazımdır.
Araşdırmamızı davam etdirərək üz tutduq Səhiyyə Nazirliyinin
Mərkəzi Neftçilər Xəstəxanasına. Burada isə bizə bildirdilər ki,
orada ümumiyyətlə cinsiyyətin dəyişdirilməsi ilə bağlı heç bir
əməliyyat aparmırlar.
Daha bir estetik cərrahiyyə ilə məşğul olan Istanbul FBM Estetik
Klinikasında olduq.
Buradakı vəziyyət isə daha gözlənilməz oldu. Belə ki, burada da
cinsiyyət dəyişməsi əməliyyatını həyata keçirən həkimlərə rast
gəldik. Bu işlə məşğul olan həkimin adını öyrəndik, amma özünü
xaricdə olduğu üçün görə bilmədik. Klinikadan bildirildi ki, həmin
həkimin (Dr. Professor Ə.C) qəbuluna düşmək üçün fevral ayına qədər
gözləmək lazımdır:
“Belə əməliyyatın burda da aparılması mümkündür. O, işlərlə həmin türk həkimimiz məşğul olur. Biz qızıq, guya nəsə etmişik ki, oğlan olub da nəsə edəcəyik? Həmin həkim bizə dedi ki, Türkiyəyə cinsiyyət dəyişdirilməsi əməliyyatı üçün gedib. Hələ belə bir əməliyyat burada edilməyib. Amma mümkündür. Əməliyyatın qiymətini isə həkim özü müəyyənləşdirir. Qiyməti isə görüləcək işdən asılı olaraq dəyişəcək. Xaricə getməyə də əsas yoxdur. Burada da mümkündür”.
Daha sonra Mərkəzi Klinikada da olduq. Orada isə estetik
cərrahiyyə ilə məşğul olan bir (T.S – şərti adı) həkim çalışır.
Həkim bizə bildirdi ki, belə əməliyyatlar Mərkəzi Kilinikada
ümumiyyətlə aparılımır: “Bizdə elə əmliyyatlar icra olunmur.
Türkiyəyə gedilsə, daha yaxşı olar. Amma Almaniya və Avropa
ölkələrində də bu əməliyyatların keçirilməsini daha uğurlu hesab
edirəm”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mövqeyini öyrəndik.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli açıqlamasında
bildirdi ki, bu əməliyyatların aparılması Azərbaycan
qanunvericiliyində nəzərdə tutulmayıb, qadağandır: “Dövlət və özəl
klinikalarının heç birində cinsiyyət dəyişdirilməsi əməliyyatı
keçirilə bilməz. Qanunvericilikdə cinsiyyət dəyişdirilməsi ilə
bağlı icazə olmalıdır. Azərbaycanda aparıla biləcək əməliyyatların
siyahısı mövcuddur. Hələlik belə əməliyyatlar dövlət və özəl
xəstəxanalarda keçirilə bilməz”.
Bir müddət öncə isə Azərbaycanda 10-a yaxın şəxsin cinsini
dəyişməsi ilə bağlı məlumatlar yayılmışdı.
Azərbaycanda bu sahədə yeganə mütəxəssis həkim –
Avropa-Beynəlxalq Estetik, Plastik və Rekonsturktiv Cərrahlar
Cəmiyyətinin üzvü mərhum Camal Əzimzadə olub (O, bir müddət əvvəl
rəhmətə gedib). O, mətbuata müsahibələrində bildirib ki, ölkəmizdə
cinsini dəyişdirmək istəyən kişilərin sayı qadınlardan daha çoxdur.
Belə ki, 2002-ci ildən bu günədək cinsin dəyişdirilməsi üzrə
təxminən 30-35 nəfər müraciət edib. Onların arasında gənclər daha
çox üstünlük təşkil edir. Müraciətlərdən isə yalnız 9-u üzrə
cinsiyyət dəyişikliyi aparılıb, bunlardan da 8-i kişi, 1-i
qadındır. 2012-ci ildə Azərbaycanda cinsiyyətin dəyişdirilməsi ilə
bağlı bir əməliyyat belə aparılmayıb.
Qeyd edək ki, Azərbaycanda cinsi dəyişmə üzrə mütəxəssis –
Avropa-Beynəlxalq Estetik, Plastik və Rekonsturktiv Cərrahlar
Cəmiyyətinin üzvü Camal Əzimzadə ötən il dünyasını dəyişib.
Xatırladaq ki, cinsi əməliyyat keçirən ilk kişi britaniyalı Corc
Cemison olub. Onun bu addımı mətbuatda böyük səs-küy doğurub. İndi
onun 80-a yaxın yaşı var, adı isə Miss Eypril Eşlindir. O aktrisa
və eyni zamanda transseksualların hüquqları üzrə mübarizə
təşkilatının üzvüdür.
Qonşu Türkiyədə sənətçilər Bülənt Ərsoy və Zəki Müren də cinsini
dəyişən məşhurlardandır. Türkiyənin məşhur aktirası Nil Erkoçlar
isə cinsiyyətini dəyişdirərək xanımlıqla vidalaşın, kişi olub. Onun
yeni adı isə Rüzgar Erkoçlardır.
İslam ölkəsi olan İran cinsini dəyişən insanlara görə lider ölkələrdən biridir. Bundan başqa, cinsini dəyişənlərin regionları arasında Avropa və ABŞ əsas yeri tutur. Avropada bu cür hal normal qarşılanır, hətta Polşa parlamentində cinsini dəyişən deputat da var.
Bir neçə gün öncə isə Türkiyədə ABŞ-ın İstanbuldakı baş konsulunun evlilik xəbəri yayılıb. Baş konsul Çarlz F.Hunterin türkiyəli Ramadan Çaysevər ilə evlənəcəyi ilə bağlı iddialar yayılıb. Toy mərasiminin bu ayın sonu Amerikada baş tutacağı qeyd edilib. Artıq ABŞ Xarici İşlər Nazirliyinin homoseksual evliliyə razılıq verdiyi bildirilir. (azvision.az)
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO