"Google"un bu xidməti niyə işləmir? - SƏBƏB
Bizi izləyin

Qırmızı.az

"Google"un bu xidməti niyə işləmir? - SƏBƏB

Son günlər istifadəçilər "Google Analitik" real time xidmətindən istifadə edə bilmir. Bu istifadəçilərin işini çətinləşdirib. Onları ən çox maraqlandıran məqam isə problemin səbəbidir. Əldə etdiyimiz məlumata görə, buna səbəb artıq "Google" şirkətinin bu xidməti ödənişli etməsi ilə bağlıdır.

İnternet sahəsi üzrə ekspert Vahid Qasımov Publika.az-a açıqlamasında bildirib ki, "Google" şirkətinin onlayn analitik xidmətini uzun müddətdir ödənişli edib. Xidmətdən istifadəyə limit qoyulduğuna görə, bəzi şirkətlər bunu yeni hiss edir:

"Ziyarətçisi çox olan saytlarda trafik çox yüksək olduğuna görə, məlumatlar da çox olur. Bu məlumatı onlayn olaraq hazırlamaq əziyyət olduğuna görə, "Google" limit tətbiq edib. Həmin limitdən aşağı olanlar hələ də, pulsuz xidmətdən istifadə edə biləcək. Lakin ondan çox olanlar 48 saat ərzində məlumat əldə edəcək. Əgər istifadəçi sayı limitdən çox olanlar da dərhal məlumat əldə etmək istəyirsə, "Google 360" Analitik paketinə keçə bilər. Səhv etmirəmsə, gündəlik ziyarətçi sayı 200 min-dən çox olan saytlara limit tətbiq edilib".

Ekspert hesab edir ki, bu saytların fəaliyyətinə çox da problem yaratmayacaq: "Onlayn məlumatı əldə etmək saytlar üçün çox da əhəmiyyətli deyil. Bu yalnız sayt əməkdaşlarının özü üçün maraqlı məqamdır. Reklam şirkəti gün və ay ərzində giriş sayı ilə maraqlanırlar. Bundan başqa, hesab etmirəm ki, ödəniş də çox olmamalıdır. İl ərzində adətən ödəniş 20-30 dollardan çox olmur. Bu vaxta qədər "Google" şirkətinin bu xidməti nə üçün ödənişli etməməsi şübhəli idi. Bu marketinq xidməti idi, ödənişli olması da normal addımdır".

Qeyd edək ki, "Google"un Türkiyə istifadəçiləri də bir neçə gündür "Google Analitik"in xidmətindən istifadə edə bilmirlər.

Sistemə daxil olarkən, "Qaynaq istifadə edilmir" xəbərdarlığı gəlir. Bu problem əsasən "Windows" istifadəçilərində müşahidə edilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm