Rektor Rəsul Çunayevlə görüşüb
Bizi izləyin

Qırmızı.az

Rektor Rəsul Çunayevlə görüşüb

Bakı Dövlət Universitetsinin rektoru, akademik Abel Məhərrəmov Avropa, dünya çempionu, Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rəsul Çunayevi qəbul edib.

BDU-dan Publika.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin idmana göstərdiyi qayğıdan, son illər bu istiqamətdə idmançılarımızın əldə etdikləri nailiyyətlərdən bəhs edən rektor Rəsul Çunayevi Rio-2016 Yay Olimpiya Oyunlarında ölkəmizi uğurla təmsil edərək bürünc medala layiq görülməsi münasibətilə təbrik edib. Bildirib ki, Rəsul Çunayev dəfələrlə Azərbaycan bayrağını zirvələrə qaldırıb, bir çox mötəbər yarışlarda, o cümlədən tələbələrin Universiadasında, Avropa oyunlarında, ötən il keçirilən Dünya Çempionatında birincilik əldə edib. Bütün bunları təqdirəlayiq hal hesab edən rektor gələcəkdə qatılacağı beynəlxalq yarışlarda daha böyük uğurlara imza atmasını arzulayıb.

R.Çunayev, öz növbəsində, rektora göstərdiyi diqqətə, o cümlədən BDU-da təhsil alan gənc idmançılara qayğısına görə təşəkkür edib. Görüşün sonunda rektor idmançımıza hədiyyə təqdim edib, xatirə şəkli çəkdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm