• USD 1,7000 0,00% EUR 1,9090 -0,31%
    • GBP 2,1180 -0,27% RUB 0,0241 +0,41%

Parklamalar kameralarla izlənəcək - Sürücülər cərimə ediləcək - VİDEO

Parklamalar kameralarla izlənəcək - Sürücülər cərimə ediləcək - VİDEO

Qeyri-qanuni yerlərdə avtomobili park edən sürücülər nəzarət kameraları vasitəsi ilə aşkar edilərək cərimələnəcəklər.

Müəyyən olunmuş ərazilərdə parklama üçün xüsusi parkomatlar quraşdırılmasına baxmayaraq hələ də, bəzi sürücülər avtomobili qeyri-qanuni yerlərdə park edirlər. Artıq, bu gündən etibarən paytaxtın müxtəlif rayonlarında qeyri-qanuni parklanma olan ərazilərdə quraşdırılan müşahidə kameraları işə düşür və bu kameraların köməkliyi ilə belə sürücülər aşkar edilərək cərimə olunacaqlar.

Qeyri-qanuni yerlərdə avtomobili park edən sürücülər nəzarət kameraları vasitəsi ilə aşkar edilərək cərimələnəcəklər..

Bakı Nəqliyyat Agentliyi İntelektual Nəqliyyat Sistemi layihəsi çərçivəsində paytaxtda 44 avtomobil parklama yerində nəzarət kameralarını bərpa edib.

Nəzarət kameraları daha çox sıxlığın olduğu və qeyri-qanuni parklanma olan ərazilərdə quraşdırılıb.Elə məqsəd də bu kimi halların qarşısını almaqdır.

Ümumilikdə isə,Yasamal rayonu Hüseyn Cavid Prospekti ,Bəsti Bağırov, Şıxəli Qurbanov ,Bəxtiyar Vahabzadə və Azərbaycan küçələri, ,Nəsimi rayonu Bülbül və Azadlıq prospekti,Rəşid Behbudov,28 may və Səməd Vurğun kəçələrində,Səbail rayonu Bül-bül prospekti, Üzeyr Hacıbəyov küçəsində ,eləcədə Nizami rayonu Qara Qarayev prospektində olan qeyri -qanuni parklanmalara nəzarət ,kameralar vasitəsilə ilə hayat keçiriləcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR