Bu tələbələr ödənişdən azad edilir - QANUN
Bizi izləyin

Qırmızı.az

Bu tələbələr ödənişdən azad edilir - QANUN

Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının (AMEA) müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailəsi üzvlərinin də təhsil haqqından azad edilməsi mümkün olacaq.

"Report"un məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

İclasda, həmçinin "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna da dəyişiklik edilməsi müzakirə olunub.

Belə ki, valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqlar arasında olan şəxslərdən AMEA-nın müəyyən etdiyi elmi təşkilatın magistratura pilləsində oxuyanların da təhsil haqqı dövlət tərəfindən ödəniləcək.

Qeyd olunub ki, təklif olunan dəyişikliklər "Təhsil haqqında" qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.

Bundan başqa, "Təhsil haqqında" qanun layihəsinə yeni məzmunda maddə əlavə edilib. Əlavəyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat - magistr təhsil proqramı əsasında təhsil prosesini həyata keçirən və məzunlara magistratura səviyyəsində təhsil haqqında dövlət sənədi verən qurumdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm