Bu peçenyeləri yemək olmaz! - Ölüm təhlükəsi
Bizi izləyin

Qırmızı.az

Bu peçenyeləri yemək olmaz! - Ölüm təhlükəsi

Şirniyyatı sevməyən yoxdur. Xüsusilə də qadınlar. Hətta bu günlərdə Kanadanın MV Bill Universitetinin professorları qadınların şirniyyat sevmələrinin səbəbini genetik faktorlarla izah etdilər. Mütəxəssislərin sözlərinə görə, qadınların genlərindən gələn bir hüceyrə dondurmanı, şokoladı, konfeti və digər şirniyyatları onlara daha çox sevdirir.

Картинки по запросу peçenye

Amerikalı alimlərin apardığı araşdırmalarda isə göstərilir ki, uzun müddət ac qalan adamlar şirniyyatdan heç cür imtina edə bilmirlər. Bu siyahıya ən çox pəhriz saxlayan insanlar aiddir. Alimlər bu asılılığı vücudda olan vitamin çatışmazlığı ilə əlaqələndiriblər. Belə ki, vitamin D çatışmazlığı olan insanlar hər 2 saatdan bir şirniyyat yemək istəyirlər ki, bu da bədəndə şəkər normasının artmasına səbəb olur. Aparılan araşdırmalardan o da məlum olub ki, şirniyyata meylli insanların 70%-də bağırsaq parazitləri var. Belə ki, bu parazitlər bədənin qidadan əldə olunmuş bütün enerjisini mənimsəyərək, hədsiz şirniyyat asılılığı yaradırlar.

Məsələnin başqa tərəfi də var ki, bu da yediyimiz şirniyyatın nə dərəcə keyfiyyətli olması ilə bağlıdır.

Publika.az “Ayırtman” layihəsi çərçivəsində bu dəfə peçenyelərdən bəhs edəcək.

Diqqətli olun

Peçenye qida rasionumuzda geniş istifadə olunan yeyinti məhsullarındandır. Bu səbəbdən də istehlakı zamanı keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi aktuallıq kəsb edir. Hazırda ölkə bazarında yerli istehsal və xaricdən idxal olunan minlərlə çeşiddə peçenye məhsullar var. Xaricdən gətirilənləri bir kənara qoyaq, onsuz da onlar kifayət qədər məşhur, sınanmış brendlərin məhsullarıdırlar. Yerli istehsaldan söz açaq. Aidiyyəti qurumlar iddia edir ki, yeni texnologiyaların tətbiqi ilə bu sahədə yüksək keyfiyyətli məhsullar istehsal olunmaqdadır. Lakin istehsal prosesinin tam təkmilləşdirilməsi belə, bu məhsulların keyfiyyəti və təhlükəsizliyinə təminat verə bilməz. Çünki istehsal qüsuru olmasa belə qeyri-qənaətbəxş daşınma, saxlama nəticəsində peçenye məmulatları korlana və ya keyfiyyətini itirə bilər. Ona görə də bu məmulatların istehlakı zamanı hər bir istehlakçı diqqətli olmalıdır.

Peçenyelərin növləri

Peçenye unlu qənnadı məmulatı olub xüsusi resept və təsdiq edilmiş texnoloji təlimatlar əsasında hazırlanır. Yüksək qidalılıq dəyərinə malik yeyinti məhsuludur. Tərkibindəki qidalı maddələr orqanizmdə tez və asan həzm olunur. Bu məmulatlar kimyəvi tərkibinə, qidalılıq dəyərinə və hazırlanma texnologiyasına görə fərqlənir. İstehsalında əsas xammal kimi un, şəkər, yağ, yumurta, süd və süd məhsulları, müxtəlif ədviyyatlar və başqa məhsullardan istifadə olunur.

Peçenyelər növ etibarilə üç yerə bölünür. Bunlar şəkərli, uzun və ya quru, həmçinin dənəli, qatlı, döyülmüş, yulaf formasında olan kərə yağlı növlər sayılır. Şəkərli peçenye əhəmiyyətli dərəcədə məsaməliliyi, zəriflik və şişkinliyi ilə xarakterizə olunur. Uzun peçenyelər qatlı, daha az zəriflik və şişkinliyə malik olur, daha az şirin və yağ tərkibli olurlar. Kərə yağlı peçenye isə kiçik həcmdə, xəmirdən, xassələrinə görə rəngarəng olan və çox miqdarda şəkər, yağ və yumurta məhsullarından ibarət olan müxtəlif formalarda buraxılır.

Keyfiyyətli peçenyeni necə seçək

Peçenyenin görünüşü məhsulun keyfiyyətinin mühüm göstəricisidir. Əgər peçenyenin görünüşü və forması istənilən səviyyədə deyilsə, deməli onun hazırlanma texnologiyası pozulub. Hazırlanmış hər bir növ peçenye dövlət standartlarının, texniki şərtlərin tələblərinə tam cavab verməli, ticarət şəbəkəsində mənşəyini, təhlükəsizliyini, saxlama şəraitini və saxlama müddətini göstərən sənədlərlə müşayiət olunmalıdır. Bu məhsullardan acımış yağ tamının gəlməsi və perqamentin üzərinə yağın çıxması onun saxlama müddətinin keçdiyini göstərir. Belə məhsulları almaqdan çəkinin.

Peçenyenin qablaşdırılması məhsulun konkret çeşidi və normativ texniki sənədlərin tələblərinə uyğun aparılmalıdır. Bu məmulatlar əsasən qutu və sellofan paketlərə, çəki ilə satılanları isə karton qutulara və s. qablaşdırırlar. Peçenye qablaşdırıldıqdan sonra mütləq markalanmalıdırlar. Markalanmada istehsalçının adı və ünvanı, məmulatın adı, kütləsi, istehsal tariхi, saхlanılma müddəti, standartın nömrəsi və s. qeyd edilməlidir. Peçenye alarkən qablaşdırmanın üzərindəki məlumatları mütləq oxuyun. Qablaşdırmada yanmış və sınmış peçenye olmamalıdır.

Realizə olunan peçenyelərin forması düzgün, zədəsiz olmalı, dadı və iyi çeşidinə müvafiq olmalı, kənar iy və dad verməməli, nəm olmamalıdır. Hər bir istehsalçı və satıcı bilməlidir ki, qablaşdırılmasında nöqsan olan peçenye satışı qadağandır.

Peçenyenin həddən artıq kövrəkliyi təkcə kosmetik çatışmazlıq deyil, həm də onun qurudulmasının göstəticisidir. Keyfiyyətli peçenye isə çox xırtıldayan, quru və bərk olmamalıdır. Hər bir istehlakçı bu məhsulları alarkən onun dadına, formasına, saxlanma şəraitinə və son istifadə tarixinə diqqət yetirməlidir.

Hansı şəraitdə saxlanmalıdır

Картинки по запросу peçenye

Peçenye məmulatları əsasən 18ºC-dən aşağı temperaturda və 65-75% nisbi rütubətdə saxlanmalıdır. Standarta əsasən bu rejimlərə əməl edilməklə növündən asılı olaraq peçenyelər 1,5 aydan 6 aya qədər saxlanıla bilər. Lakin istehsal prosesində istifadə olunan xammalın və sabitləşdiricilərin növündən asılı olaraq texnoloji prosedurlara və resepturaya uyğun olaraq istehsalçı tərəfindən fərqli saxlama müddəti müəyyən edilə bilər. Əsasən saxlama müddəti az olan peçenyelərin alınmasına üstünlük verin. Çünki saxlama müddəti çox olan peçenyelərin hazırlanmasında konservantlardan və digər qida əlavələrindən istifadə olunur ki, bu da sağlamlığınız üçün təhlükəli ola bilər.

Hansı peçenyeləri almaq olmaz?

Zəruri sənədləri olmayan, saxlama müddəti göstərilməmiş və ya başa çatmış, düzgün markalanmayan peçenyeləri almayın. Nəzərə alın ki, istehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötmüş məhsullar sizin sağlamlığınız üçün ciddi təhlükə mənbəyidir. Keyfiyyətsiz məhsullar son nəticədə insanların genetik inkişafına mənfi təsir etməklə yanaşı gələcək nəsillərin sağlam yetişməsində uzun illər aradan qaldırılması mümkün olmayan fəsadlar yarada bilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm