QORXUNC PROQNOZ: Yer təhlükə ilə üz-üzə - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

QORXUNC PROQNOZ: Yer təhlükə ilə üz-üzə - FOTOLAR

Planetimiz bu günlərdə 2016 RB1 asteroidi ilə toqquşma təhlükəsindən qurtarıb.

Publika.az-ın məlumatına görə, Yerlə üz-üzə gəlmiş bu nəhəng səma cismi bir məqamda planetimizə Aydan da yaxın olub.

İtaliyalı astronom Canluka Mazi bildirib ki, Çekkanodakı virtual teleskopun vasitəsilə sentyabrın 6-də axşam Yerə nəhəng asteroidin yaxınlaşmasını müşahidə edib.

Asteroid Yerdən cəmi 40000 kilometr məsafədən keçib. Müqayisə üçün qeyd edək ki, Ayla Yer arasında məsafə 384000 kilometr təşkil edir. Bu, təqribən 10 dəfə çox məsafə deməkdir.

Amma alimlər bildirilər ki, arxayınlaşmaq hələ tezdir. Belə ki, astronomların sözlərinə görə, gələn həftə daha böyük asteroid Yer planeti ilə üz-üzə gələcək. Qarşıdakı günlərdə daha bir asteroid, 2016 RB1 asteroidindən də böyük səma cismi Yerin düz yanından keçib gedəcək.

Proqnozlara görə, yeni asteroid sentyabrın 17-də, şənbə günü saatda 50000 kilometr sürətlə planetimizlə üz-üzə gələcək.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm