İcra başçısı abituriyentlərə qəhvədan hədiyyə etdi - FOTO
Bizi izləyin

Qırmızı.az

İcra başçısı abituriyentlərə qəhvədan hədiyyə etdi - FOTO

Lənkəran şəhər icra başçısı Taleh Qaraşov bu il qəbul imtahanlarında 600 baldan çox toplamış 30 lənkəranlı abituriyentlə görüşüb.

Məlumata görə, görüş “maraq”lı məqamları ilə yadda qalıb.

İcra başçısı qəbul imtahanlarında yüksək bal toplamış gənclərə elektrik qəhvədanı hədiyyə edib. Görüş başa çatdıqdan sonra isə, icra başçısının gənclərə verdiyi hədiyyə sosial şəbəkələrdə müzakirə mövsuzuna çevirilib.

Onu qeyd edək ki, ötən il 600 baldan artıq toplayan göyçaylı abituriyentlər icra başçısı tərəfindən mükafatlandırılan zaman DVD hədiyyə edilmişdi. (Qaynarinfo.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm