Əsgərlər Qurban Bayramı münasibətilə 2 günlük evə buraxıldı
Bizi izləyin

Qırmızı.az

Əsgərlər Qurban Bayramı münasibətilə 2 günlük evə buraxıldı

Azərbaycanlıların kompakt yaşadığı Marneulidə Qurban Bayramı münasibətilə təbrik banerləri quraşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məlumat verib.

Hazırda Marneulidə olduğu kimi, müsəlmanlar yaşayan digər bölgələrdə də banerlər quraşdırılıb və məscidlərdə və digər dini toplantılarda Qurban Bayramının məziyyətləri haqqında peyğəmbərimizin, din alimlərinin kəlamları söylənilir və izah edilir. GMİ-nin şeyxi hər il olduğu kimi Gürcüstan Silahlı Qüvvələrində xidmət edən müsəlmanlara ölkənin Müdafiə Nazirliyinin qayğısı və diqqətini gördüklərini bildirib: ”Bu il isə Gürcüstan müdafiə naziri Gürcüstan Silahlı Qüvvələrində xidmət edən azərbaycanlı əsgərləri Qurban Bayramı münasibətilə ailələri ilə bayramlaşmaq üçün iki günlük evə buraxıb. Biz müdafiə nazirinin bu əmrini alqışlayırıq”. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm