
Bu gün saat 22:00-dan etibarən Bakının Neftçilər prospekti və Yusif Səfərov küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, yolun bağlanmasına səbəb ərazidə aparılan təmir-bərpa işləridir.
Belə ki, yolun hərəkət hissəsinin üfiqi
nişanlanması (hərəkət istiqamətini göstərən oxlar, piyadalar üçün
zebra tipli keçid yeri, üçbucaq formalı nişanlanma, ümumi
istifadədə olan nəqliyyat vasitələrinin dayanma yerinin
nişanlanması, avtobus dayanacağının nişanlanması və s.) məqsədilə
Neftçilər prospekti və Yusif Səfərov küçəsində nəqliyyat
vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Qeyd edək ki, yol hissə-hissə, qismən
bağlanacaq.