Ali məktəblərdə təhsilin idarə edilməsində YENİLİK
Bizi izləyin

Qırmızı.az

Ali məktəblərdə təhsilin idarə edilməsində YENİLİK

Azərbaycanın ali məktəblərinə təhsilin idarə edilməsi üzrə yeni innovasiya platforması - "Unibook" təklif edilib.

Bunu Trend-ə "Neuron Technologies" şirkətinin rəhbəri İsmayıl Ələkbərov deyib.

Onun sözlərinə görə, yeni platforma ali məktəblərin fəaliyyətini avtomatlaşdırmağa, gəlmə sayının hesabatını aparmağa, elektron jurnallar tətbiq etməyə və s. imkan verir.

İ.Ələkbərov qeyd edib ki, hazırda "Unibook" artıq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tətbiq edilib və onun üstünlüyündən 9,5 min tələbə və mindən çox müəllim istifadə edir.

Yeni platforma sayəsində hər bir istifadəçi şəxsi profilini aça, gündəlik işlərini planlaşdıra, elektron kitabxanaya giriş əldə edə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm