Sumqayıtda ağır qəza: ölən və yaralanlar var
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda ağır qəza: ölən və yaralanlar var

Aprelin 11-də Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Saray qəsəbə sakini Məmmədəli Əliyevin idarə etdiyi “VAZ-2107“ və Sumqayıt şəhər sakini Pərviz Salamovun idarə etdiyi “ZiL” markalı avtomobillər toqquşub. M. Əliyev idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı beton səddə çırpıb.

M.Əliyevin sərnişinlərindən, Saray qəsəbə sakini Faiq Muxtarov hadisə yerində ölüb, özü və digər sərnişini, Saray qəsəbə sakini Rüfət Novruzov xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm