Bakıda əlbəyaxa olan avtobus sürücüləri cəzalandırılacaq - RƏSMİ - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıda əlbəyaxa olan avtobus sürücüləri cəzalandırılacaq - RƏSMİ - VİDEO

Bakı Nəqliyyat Agentliyi 6 və 88 saylı marşrut xətləri üzrə xidmətdə olan iki sürücü barədə sərt tədbir görəcək.

BNA-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın Publika.az-a verdiyi məlumata görə, sürücülər barədə ötən gün "ALO 141" Çağrı mərkəzinə məlumat daxil olub: "Həmin sürücülər barədə daxil olan şikayət və görüntülərdən də məlum oldu ki, sürücülər xidməti vəzifələrinin icrası müddətində əlbəyaxa dava edirlər. Hər iki sürücü ilə bağlı sərt tədbirlər görüləcək. Daşıyıcı şirkətlərə müraciət edərək bildiririk ki, marşrut xətti heç kəsin şəxsi mülkiyyəti deyil, avtobus isə heç bir sürücünün şəxsi nəqliyyat vasitəsi deyil. Sürücüsü bu cür kobud davranış qaydaları nümayiş elətdirən istənilən sahibkar və ya daşıyıcı şirkət bundan sonra təkcə sürücünün cəza alması ilə məsələnin həll olunacağına ümid etməsin. Psixoloji durumu taraz olan, xidməti vəzifəsinin məsuliyyətini dərk edən sürücülərin işə cəlb olunması sahibkarın və daşıyıcı şirkət rəhbərinin vəzifələri sırasındadır".

Qeyd edək ki, sosial şəbəkədə 88 saylı və 6 saylı marşrutun sürücüləri arasında əlbəyaxa davanı əks etdirən video yayılıb. Videodan görünür ki, "BakuBus" şirkətinə aid 6 saylı marşrutun sürücüsü ilə 88 saylı "köhnə avtobusun" sürücüsünün davasını orada olan vətəndaşlar da ayırmaqda çətinlik çəkir.

Videonu yayan mənbə qeyd edir ki, bu davaya görə sərnişinlər bir saata yaxın gözləməli olub. Davaya bir avtobusun digərinin qarşısında durması səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm