Qırmızı.az
Rayon maşınları yenə Bakıya buraxılmayacaq
Yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtda yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının ötən ilki qərarına əsasən, respublikanın digər regionlarının qeydiyyatında olan avtomobillərin Bakı şəhərinə girişi ilə bağlı məhdudiyyət davam edir və məhdudiyyətin tətbiq olunmasına nəzarət sentyabr ayının 15-dən daha da gücləndirilib.
DİN Baş DYP İdarəsindən Publika.az-a verilən məlumata görə,
qurum paytaxta gəlmək istəyən digər şəhər və rayon sakinlərinə bir
daha tövsiyə edir ki, paytaxta gəlmək üçün müasir və komfortlu
avtobuslardan, Sumqayıt sakinləri isə ötən ilin sentyabr ayının
15-dən Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyətə başlamış sürətli
elektrik qatarlarından istifadə etməyə davam etsinlər.
Xatırladırıq ki, Bakı şəhərinə girişi məhdudlaşdırılan nəqliyyat
vasitələri üçün şəhərin giriş hissələrində 2015-ci ilin sentyabr
ayından hazırlanaraq istifadəyə verilmiş və hər bir lazımi şəraitlə
təzhiz olunmuş mühafizə olunan ödənişsiz duracaqlar təşkil edilib
ki, sakinlər həmin duracaqlarda öz avtomobillərini saxlamaqla
xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına
gedə, habelə taksi xidmətlərindən istifadə edə bilərlər.
Tətbiq ediən məhdudiyyət müddəti hər il mayın 1-dən oktyabrın
1-dək səhər saat 07:30-dan axşam saat 21:00-dək, oktyabrın 1-dən
mayın 1-dək isə səhər saat 07:30-dan axşam saat
20:00-dəkdir.
Xahiş edirik ki, yollarda nəqliyyat sıxlığının yaranmaması, eləcə də rahat və fasiləsiz hərəkətin təmin olunması üçün tətbiq olunan məhdudiyyətə ciddi riayət edəsiniz.
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU