Diabetə qarşı vaksin tapıldı
Bizi izləyin

Qırmızı.az

Diabetə qarşı vaksin tapıldı

Bütün dünya diabetə qarşı vaksinin tapılmasını bayram edir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, vaksin təkcə diabetin ən çətin mərhələsini sağaltmır, həm də yaranmış problemləri aradan qaldırır.

"Diabet üzərində qələbə" fondunun prezidenti Salvador Şakon Ramires və otoimmun xəstəliklərininin diaqnostikası və müalicəsi üzrə Meksika Assosiasiyasının prezidenti Lucia Zarate Ortega bu məlumatı keçirdikləri mətbuat konfransında açıqlayıb.

Şakon Ramires hər bir xəstəyə fərdi yanaşmanın tələb olunduğunu deyib. O, vaksinin əldə edilməsi üçün uzun illər elmi araşdırmaların aparıldığını diqqətə çatdırıb: "Vaksinin tətbiqi üçün əvvəl xəstədən 5 kub mm qan götürdük, daha sonra onu 55 ml məhlulla qarışdırıb, 5 dərəcə selsiyə qədər soyuduruq. Sonra onu 37 dərəcəyə qədər isidirik və məhlul tərkibini dəyişib vaksinə çevrilir. Bu vaksinin istifadə müddəti 60 gündür. Bu müalicə bir il davam etməlidir və o bir çox dərmanlardan daha yaxşıdır. Vaksin müalicənin standart metodlarının alternativinə çevrildi. Çünki vaksin diabetin yaratdığı bir çox fəsadları aradan qaldıra bilir. Onu istifadə edəndən sonra diabet xəstələrində emboliya, eşitmə, görmə problemləri yaranmır və amputasiyalara ehtiyac qalmır".

Həkim Lucia Zarate Ortega bildirib ki, vaksin qəbul edilməmişdən əvvəl mütləq Meksika Assosiasiyasının həkimləri tərəfindən xəstə müayinə edilməlidir. Əks halda xəstələr problemlər yaşaya bilərlər.

"Bu müalicədir, möcüzə deyil. Ona görə də vaksinlərin qəbulu həkim nəzarəti altında olmalıdır. Bununla yanaşı əvvəlcə lazımı müalicə aparılması, pəhriz saxlamalı, sonra vaksin qəbul etməlidir".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm