Qırmızı.az
ATU-da "Bilik günü" qeyd olunub

Azərbaycan Texnologiya Universitetində (ATU) "Bilik günü" münasibətilə tədbir keçirilib. ATU-nun rektoru professor Akif Süeymanov yeni tədris ili münasibətilə kollektivi təbrik edib.
Universitetin tarixi, keçdiyi inkişaf yolu barədə danışan rektor bildirib ki, 46 il əvvəl ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan bu ali təhsil ocağının əhəmiyyəti günümüzdə daha yaxşı anlaşılır. Çünki, müasir texnologiyaların sürətli inkişafı bu sahələr üzrə peşəkar kadrların hazırlanmasına tələbatı daha da artırıb. Bu reallıq isə ATU qarşısında qida, tikiş, toxuculuq və metallurgiya sənayeləri, eləcə də İKT sahəsi üzrə müasir tələblərə cavab verən mütəxəssis hazırlamaq tapşırığını daha ciddi şəkildə qoyur. Məhz buna görə də universitetin inkişaf etdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılır.
Rektor universitetə yüksək balla daxil olan gənclərə tələbə biletləri və hədiyyələr təqdim edib. 538 bal toplayaraq sənayenin təşkili və idarə olunması ixtisasına qəbul olan Hüseyn Kazımova isə noutbuk təqdim olunub.
ATU-nun tədris işləri üzrə prorekktoru Vüqar İsmayılov isə qeyd edib ki, bu il qəbul olan 447 nəfərlə birlikdə universitetin tələbə kontingentinin sayı 2600 nəfərə çatıb. Onlar 4 fakültədə 24 ixtisas üzrə təhsil alacaqlar. Tədris prosesi 230 nəfərlik professor-müəllim heyət tərəfindən həyata keçiriləcək. Bu il ATU-ya qəbul olanlar arasında ən yüksək balı (538) toplayan tələbənin sənayenin təşkili və idarə olunması ixtisasını seçməsi isə göstərir ki, iqtisadiyyatın bu vacib sahəsinə olan tələbat artıq gələcəyin mütəxəssisləri tərəfindən də dərk olunur. Ümumilikdə isə ATU-ya qəbul olanların orta keçid balı 50 baladək yüksəlib ki, bu da keyfiyyət göstəricisinin artmasından xəbər verir.
Daha sonra çıxış edən valideyn və tələbələr universitetdə keyfiyyətli təhsil almaq üçün yaradılan şəraitə görə ATU-nun rəhbərliyinə təşəkkür ediblər.





-
Nida Xəbər 09:36
Ermənilər Vardanyana görə Trampın kürəkəninə ağız açdılar: Paşinyan rədd cavabı verdi
-
Sağlamlıq09:24
Bu tarixdə xərçəng ölümcül xəstəlik sayılmayacaq - Professor şad xəbəri çatdırdı
-
Hadisə08:55
Azərbaycanda zəlzələ oldu
-
Nəqliyyat08:24
Bakının bu yollarında tıxac var - Siyahı
-
İKT07:35
İşdə süni intellektdən istifadə edənləri gözləyən TƏHLÜKƏ
-
Sağlamlıq05:45
Bu iki tərəvəz demensiyanın qarşısını alır - Professor açıqladı
-
ABŞ03:47
Trampın süni intellektlə bağlı planları üzə çıxdı - 70 milyard dollar ayıracaq
-
Qoroskop01:40
Günün ulduz falı: Yeni fürsətlər doğur