AZAL-da smartfonlara QADAĞA
Bizi izləyin

Qırmızı.az

AZAL-da smartfonlara QADAĞA

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən, "Azərbaycan Hava Yolları" sərnişinlərdən uçuş zamanı "Samsung Galaxy Note 7" smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir.

AZAL-ın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu model smartfonun həmçinin qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır.

Məhdudiyyətlər "Samsung Galaxy Note 7" smartfonlarının alışıb yanması halları ilə əlaqədar olaraq geri çağırılması barədə "Samsung" şirkətinin bu yaxınlarda verdiyi məlumatlar ilə bağlıdır.

"Samsung Galaxy Note 7" smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm