Evdəki tozlar ölüm saçır: Alimlərdən ŞOK ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Evdəki tozlar ölüm saçır: Alimlərdən ŞOK ARAŞDIRMA

Mənzillərdəki tozların tərkibində təhlükəli kimyəvi maddələr mövcuddur. Bu, hətta xərçəng xəstəliyinə, sonsuzluğa səbəb ola bilər.

Publika.az xəbər verir ki, ABŞ-ın Təbiət Resurslarının Müdafiəsi Şurasının (Natural Resources Defense Council, NRDC) bu qənaətə gəliblər.

ABŞ alimlərinin sözlərinə görə, evdəki tozlar uşaqların inkişafdan qalmasına və digər ciddi xəstəliklərə yol aça bilər. İstehlak məhsullarının zərərli maddələri havaya düşür və toz ilə birlikdə yerə hopurlar. Döşəmədə oynayan, iməkləyən uşaqlar xüsusi təhlükəyə məruz qalırlar.

Qeyd edək ki, Corc Vaşinqton Universitetinin, San Fransiskodakı Kaliforniya Universitetinin və digər ali təhsil müəssisələrinin alimlərinin bununla bağlı tədqiqatları “Environmental Science & Technology” jurnalında yer alıb.

“Bizim ilk işimiz evlərdəki tozların tam tədqiqidir. Nəticələr göstərir ki, insanlar, o cümlədən uşaqlar hər gün ciddi xəstəliklərə səbəb olan bir çox kimyəvi maddələrin təsirinə məruz qalırlar”, - deyə İctimai Səhiyyə İnstitutunun professoru, tədqiqatın aparıcı müəllifi Milkena Zota Bia bildirib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm