FHN Akademiyasında “Bilik günü” tədbiri
Bizi izləyin

Qırmızı.az

FHN Akademiyasında “Bilik günü” tədbiri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 15 sentyabr 2016-cı il tarixində “Bilik günü” münasibətilə tədbir keçirilib.

Publika.az-ın xəbərinə görə, tədbirdən əvvəl Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş, Şəhidlər Xiyabanında uyuyan Vətən oğul və qızlarının məzarları üzərinə gül-çiçək dəstələri düzüblər.

Akademiyanın rəisi general-mayor Pənah Süleymanov tədbir iştirakçılarını “Bilik günü” münasibətilə təbrik edərək tədbiri açıq elan edib.

Sonra Azərbaycan Respublikasının Dövlət himni səslənmiş, Dövlət bayrağı meydana gətirilmişdir. İlkin hərbi hazırlığı başa vurmuş kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içiblər.

Andiçmə mərasimi başa çatdıqdan sonra fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Akademiyanın 2016-cı il məzunlarına “leytenant” hərbi və xüsusi rütbələrinin verildiyi diqqətə çatdırılmış və məzunlara ali təhsil ocağını bitirmələri barədə diplomlar təqdim edilib.

Akademiyanı əla qiymətlərlə bitirmiş məzun Nicat İsmayılov xatirə lövhəsini simvolik “Yaş kötüyü”nə vurub.

Mərasimdə iştirak edən fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev kursant və məzunları, onların ailələrini FHN rəhbərliyi adından təbrik etmişlər. Qeyd olunmuşdur ki, hərbi and içərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarına daxil olan kursantlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrinə həmişə hazır olmalı, əcdadlarımızdan bizə əmanət qalmış Vətənimizi və bayrağımızı göz-bəbəkləri kimi qorumalıdırlar. Ulu öndər Heydər Əliyevin Azərbaycanda yüksək səviyyəli peşəkar hərbçi kadrların yetişdirilməsini daim diqqətdə saxladığı və bu müdrik siyasətin cənab Prezident İlham Əliyev tərəfindən çox böyük müvəffəqiyyətlə davam etdirildiyi vurğulanmışdır. FHN-in gələcək əməkdaşları olacaq Akademiya kursantları və məzunlar dərk etməlidirlər ki, onlara insanların təhlükəsizliyini təmin etmək kimi müqəddəs və şərəfli bir missiya həvalə olunacaq və bu böyük vəzifənin öhdəsindən layiqincə gəlməlidirlər. Kursantlar Akademiyada təhsil aldıqları müddətdə nəzəri və praktiki biliklərə mükəmməl yiyələnməli, daim savadlarını artırmalıdırlar.

Akademiyanın rəisi general-mayor Pənah Süleymanov da I kurs kursantlarını təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. O, Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından danışmış və bu sahənin ölkə rəhbəri tərəfindən daim diqqətdə saxlanıldığını vuruğlayıb.

Valideynlər adından çıxış edən Kamil Süleymanlı kursantları təbrik etmiş, onlara uğurlar arzulayıb.

FHN Akademiyasına yüksək - 616 balla qəbul olunmuş Nihad Səfərli kursantlar adından çıxış edərək FHN Akademiyasında təhsil alacağından qürur hissi duyduğunu bildirib.

Mərasim kursant və məzunların təntənəli marş keçidi ilə yekunlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm